Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

16 milyard manatı "yedik-içdik"

iç səhifə xəbər başlığı altı (mobil)_31
16 milyard manatı "yedik-içdik"

2018-ci ilin yanvar-noyabr aylarında pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri əvvəlki ilin eyni dövrünün səviyyəsini müqayisəli qiymətlərlə 2,7 faiz üstələyərək 32,4 milyard manata bərabər olmuşdur.

 

Reklam_3_11

"Marja" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ticarət dövriyyəsinin 16 milyard 272,7 milyon manatını ərzaq məhsulları, içkilər və tütün məmulatları, 16 milyard 164,1 milyon manatını qeyri-ərzaq məhsulları təşkil etmiş və satılmış məhsulların dəyəri 2017-ci ilin yanvar-noyabr aylarının göstəricilərini real ifadədə müvafiq olaraq 2,2 faiz və 3,3 faiz üstələmişdir.

 

Hesabat dövründə məhsul bazarı aşağıdakı göstəricilərlə xarakterizə olunmuşdur:

Məhsul qruplarının adları

Satışdan gəlir, milyon manatla

2017-ci ilin yanvar-noyabr aylarına nisbətən, faizlə

Pərakəndə ticarət dövriyyəsi

32 436,8

102,7

o cümlədən:

ərzaq məhsulları

14 877,0

102,4

içkilər və tütün məmulatları

1 395,7

100,6

toxuculuq məhsulları, geyim və ayaqqabılar

6010,2

103,4

elektrik malları və mebellər

2 009,6

102,7

kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsulları

234,5

102,3

əczaçılıq və tibbi mallar

433,6

102,4

avtomobil yanacağı

 1 867,0

101,9

digər qeyri-ərzaq məhsulları

    5 609,2

103,8

 

Hesabat dövründə alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 45,9 faizi ərzaq məhsullarının, 4,3 faizi içkilər və tütün məmulatlarının, 18,5 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,2 faizi elektrik malları və mebellərin, 5,8 faizi avtomobil yanacağının, 1,3 faizi əczaçılıq və tibbi malların, 0,7 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 17,3 faizi isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunmuşdur.

 

2018-ci ilin yanvar-noyabr aylarında istehlak məhsullarının dəyər ifadəsində 16,9 faizi ticarət müəssisələri, 51,3 faizi fərdi sahibkarlar tərəfindən, 31,8 faizi isə bazar və yarmarkalarda satılmışdır. 2017-ci ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 37,3 faiz artmış, fərdi sahibkarlar üzrə 1,0 faiz, bazar və yarmarkalarda 4,2 faiz azalmışdır.

 

Hesabat dövründə əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi  300,4 manat və ya 2017-ci ilin müvafiq dövrünün göstəricisindən nominal ifadədə 12,1 manat çox olmuşdur. Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla hər ay 150,7 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 149,7 manatlıq qeyri-ərzaq məhsulları  almışdır.

11.12.2018 09:36

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ