Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Neft ucuzlaşmaqda davam edir

iç səhifə xəbər başlığı altı (mobil)_31
Neft ucuzlaşmaqda davam edir

OPEC və təşkilata üzv olmayan bəzi neft istehsalçısı ölkələrin hasilatlarını azaltmaq barədə qərar vermələrinə baxmayaraq neft qiymətləri kəskin yüksəlmədi, əksinə geriləyir.


"Marja" xəbər verir ki, bu gecə Brent nefti təxminən 3% ucuzlaşaraq 59,62 dolları, ABŞ xam nefti isə 3,2% ucuzlaşaraq 50,64 dolları görmüşdü. Sonradan neft qiymətləri cüzi yüksəlmişdi.

 

Bakı vaxtı ilə saat 13:00-a olan məlumata görə, Brent nefti 0,45% ucuzlaşama ilə 59,70 dollardan, ABŞ xam nefti isə 0,4% ucuzlaşma ilə 50,81 dollardan alıcı tapıb. 

 

İri beynəlxalq maliyyə konqlomeratlardan biri olan "Citigroup Inc", OPEC və tərəfdaşlarının hasilatlarını azaltmalarının ilk başda ehtiyatları azaldacağını və qiymətləri yuxarı istiqamətdə dəstəkləyəcəyini, ancaq bu vəziyyətin ABŞ-da istehsalın artmasına səbəb ola biləcəyini açıqlayıb. 


Digər tərəfdən, ABŞ-da neft istehsalçıları 2019-da xərclərini artırmağı planlaşdırırlar.

 

OPEC + koalisiyanın hasilatın azaldılması barədə qərarına dair qeyri-müəyyənliklər və ABŞ-da hasilatın artmasının davam edəcəyinə dair gözləntilər investorları narahat edir. Bununla əlaqədar olaraq neft qiymətləri düşür. 

11.12.2018 10:00

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ