Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Hesab.az Bakutel sərgisində

iç səhifə xəbər başlığı altı (mobil)_31
Hesab.az Bakutel sərgisində
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

(®) 4-7 dekabr tarixlərində Bakıda “Bakutel-2018”– 24-cü Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar sərgi-konfransı keçirildi.

 

“KOB Dəstək” proqramı çərçivəsində Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və “Bakcell”in dəstəyi ilə ilə birgə təşkil olunmuş stenddə Hesab.az- ın göstərdiyi xidmətlər nümayiş olunub.

 

Sərgi ərzində Hesab.az nümayəndələri istifadəçilərə şirkət haqqında ətraflı məlumat verdi, onların suallarını cavablandırdı. Sərgi eyni zamanda yeni işgüzar əməkdaşlıqların qurulmasında da böyük rol oynadı. Bir biri ilə daha yaxından tanış olan şirkətlərin gələcək fəaliyətlərində bu olduqca böyük əhəmiyyət kəsb edir.

 

Qeyd edək ki, Azərbaycanın ən böyük onlayn xidmətlər portalı olan “Hesab.az” “Bakcell”in uzunmüddətli biznes tərədaşlarından biridir.

 

Bu il “Bakutel-2018” dünyanın 20 ölkəsini təmsil edən 230 şirkəti bir araya gətirib. İstifadəçilərə aparıcı İKT şirkətləri, mobil operatorlar, internet provayderləri, sistem inteqratorları, tanınmış brendlərin distributorları və gənc layihəçilər tərəfindən real həll variantları və texnologiyalar təqdim edilib.

 

Sərgidə 10 ölkə – ABŞ, Türkiyə, Belarus, Birləşmiş Ərəb Əmirlikləri, Fransa, İtaliya, Polşa, Xorvatiya, İran, Sloveniya  milli pavilyonla təmsil olunub.

 

Azərbaycanda ən böyük onlayn ödəmələr şirkəti GoldenPay 2007-ci ilin iyul ayında yaradılıb. Şirkət texniki işlərin yekunlaşması, “Visa” və “MasterCard” beynəlxalq ödəniş sistemlərindən müvafiq sertifikatların alınmasından sonra 2008-ci ilin dekabr ayında fəaliyyətə başlayıb.

 

2011-ci ilin aprel ayında GoldenPay şirkəti Hesab.az - Azərbaycanın ən böyük onlayn xidmətlər platformasını yaradıb. Hesab.az-da müxtəlif kommunal, stasionar və mobil rabitə, internet, bank kreditlərinin ödənişi, onlayn sığorta, kinoteatra bilet və sair xidmətlərin alışı /ödənişi mümkündür.

11.12.2018 11:01

Müştərilərin xəbərləri

Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ