Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

İşçilərinə maaşı şinlə ödəyəcək

iç səhifə xəbər başlığı altı (mobil)_31
İşçilərinə maaşı şinlə ödəyəcək
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Amerikanın şin istehsalçısı "Goodyear", Venesueladan çıxmaq qərarı verib. Bu ölkədə fəaliyyətə davam etməyin mümkünsüz hala gəldiyini bildirən "Goodyear", işçilərə maaşlarının tam ödənəcəyini və maaşın bir hissəsinin əvəzinə 10 ədəd şin də veriləcəyini qeyd edib. Venesuelada şinlər "qara bazar"da yüksək qiymətlərə satılır.



 
Hiper inflyasiya və iqtisadi böhranın pəncəsində olan Venesueladan çıxan şirkətlər sırasına şin istehsalçılarından "Goodyear" də qoşulub. 

Reklam_3_11


 
"Marja" xəbər verir ki, "Goodyear"nin verdiyi açıqlamada "Venesuelada şin istehsalını dayandırmaq çətin bir qərar oldu" deyilir. "Goodyear" iqtisadi şərtlər və ABŞ sanksiyaları ilə əlaqədar olaraq fəaliyyətin qeyri-mümkün hala gətirdiyini bildirib.
 

Şirkətdən bildiriblər ki, işçilərin bütün əməkhaqqıları ödəniləcək və hər bir işçiyə maaşın bir hissəsi olaraq 10 ədəd də şin veriləcəkdir. 
 

2014-cü ildən bəri böhranda olan Venesuelada keyfiyyətli şinlər "qara bazar"da yüksək qiymətlərə satılır. 2.5 milyona yaxın venesuelalı hiper inflyasiya, ərzaq və dərman qıtlığı səbəbindən ölkəni tərk edib.
 

"BRIDGESTONE" DA ÇIXMIŞDI


 
ABŞ Prezidenti Donald Tramp tərəfindən tətbiq edilən sanksiyaların ardından bir çox beynəlxalq şirkət  Venesuelada fəaliyyətini dayandıraraq ölkədən çıxır. "Kellogg", "General Motors", hava yolu şirkətləri, "Kimberly-Clark" bu şirkətlər arasındadır.
 

"General Mills" şəbəkəsi və neft istehsalçılarından "Harvest Natural Resourses" isə bütün aktivlərini yarı qiymətinə sataraq ölkədən çıxmışdı.
 

Bir başqa beynəlxalq şin istehsalçı "Bridgestone" isə ölkədəki əməliyyatlarını yerli "Corimona" şirkətinə təhvil vermişdi.
 

Prezident Maduro ABŞ-ı iqtisadi müharibə aparmaqda günahlandırır, Vaşinqton rəhbərliyi Karakası korrupsiya, insan haqlarının pozulması və narkotik alverində ittiham edir.

11.12.2018 11:39

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ