İşçilərinə maaşı şinlə ödəyəcək
Amerikanın şin istehsalçısı "Goodyear", Venesueladan çıxmaq qərarı verib. Bu ölkədə fəaliyyətə davam etməyin mümkünsüz hala gəldiyini bildirən "Goodyear", işçilərə maaşlarının tam ödənəcəyini və maaşın bir hissəsinin əvəzinə 10 ədəd şin də veriləcəyini qeyd edib. Venesuelada şinlər "qara bazar"da yüksək qiymətlərə satılır.
Hiper inflyasiya və iqtisadi böhranın pəncəsində olan Venesueladan çıxan şirkətlər sırasına şin istehsalçılarından "Goodyear" də qoşulub.
"Marja" xəbər verir ki, "Goodyear"nin verdiyi açıqlamada "Venesuelada şin istehsalını dayandırmaq çətin bir qərar oldu" deyilir. "Goodyear" iqtisadi şərtlər və ABŞ sanksiyaları ilə əlaqədar olaraq fəaliyyətin qeyri-mümkün hala gətirdiyini bildirib.
Şirkətdən bildiriblər ki, işçilərin bütün əməkhaqqıları ödəniləcək və hər bir işçiyə maaşın bir hissəsi olaraq 10 ədəd də şin veriləcəkdir.
2014-cü ildən bəri böhranda olan Venesuelada keyfiyyətli şinlər "qara bazar"da yüksək qiymətlərə satılır. 2.5 milyona yaxın venesuelalı hiper inflyasiya, ərzaq və dərman qıtlığı səbəbindən ölkəni tərk edib.
"BRIDGESTONE" DA ÇIXMIŞDI
ABŞ Prezidenti Donald Tramp tərəfindən tətbiq edilən sanksiyaların ardından bir çox beynəlxalq şirkət Venesuelada fəaliyyətini dayandıraraq ölkədən çıxır. "Kellogg", "General Motors", hava yolu şirkətləri, "Kimberly-Clark" bu şirkətlər arasındadır.
"General Mills" şəbəkəsi və neft istehsalçılarından "Harvest Natural Resourses" isə bütün aktivlərini yarı qiymətinə sataraq ölkədən çıxmışdı.
Bir başqa beynəlxalq şin istehsalçı "Bridgestone" isə ölkədəki əməliyyatlarını yerli "Corimona" şirkətinə təhvil vermişdi.
Prezident Maduro ABŞ-ı iqtisadi müharibə aparmaqda günahlandırır, Vaşinqton rəhbərliyi Karakası korrupsiya, insan haqlarının pozulması və narkotik alverində ittiham edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 d. əvvəl
"Biz ölkənin ən böyük müştəri bazasına malik bankıyıq" - MÜSAHİBƏ
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Prezidentlər dağıdılmış yerlərə baxıb, Baş planlar ilə tanış olublar
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
- 4 saat əvvəl
- 4 saat əvvəl