Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Türkiyə 2019-da turizmdə 42 milyard dollar gəlir hədəfləyir

iç səhifə xəbər başlığı altı (mobil)_31
Türkiyə 2019-da turizmdə 42 milyard dollar gəlir hədəfləyir

Türkiyə Səyahət Agentlikləri Birliyinin (TÜRSAB) sədr müavini Hasan Erdem, sektorun 2018-ci ili təxminən 36 milyon turist və 35 milyard dollar gəlirlə bağlayacağını qeyd edərək, gələn il turizmdən 40-42 milyard dollar gəlir əldə edilməsini qarşılarına məqsəd qoyduqlarını söyləyib.
 
 

"Marja" "Anadolu" Agentliyinə istinadən xəbər verir ki, turizmin Türkiyə üçün strateji sahə olduğuna qeyd edən Erdem deyib:
 

Reklam_3_11

"Türkiyənin cari kəsirinə ən mühüm dəstəyi təmin edən sektor turizm sektorudur. 2019-da bu uğurun davamını təmin etməyimiz və daha da irəli aparmağımız lazımdır. Bu ili təxminən 36 milyon turist, 35 milyard dollar mədaxillə bağlayacağıq. Bunu ən az 40 milyard dolların üzərinə çıxarmamız lazımdır. Gələn il turizmdən 40-42 milyard dollar gəlir istəyirik. Belə bir gözləntimiz var. Bunun da Türkiyənin cari kəsirinə çox mühüm töhfəsi olacaq".

11.12.2018 11:53

Müştərilərin xəbərləri

Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ