Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Sığorta şirkəti Şirvanda nümayəndəliyini açacaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
Sığorta şirkəti Şirvanda nümayəndəliyini açacaq
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycan sığorta bazarının ən məhşur şirkətlərindən olan “Xalq Sığorta” nümayəndəlik şəbəkəsinin coğrafiyasını genişləndir. Belə ki, şirkətin Sumqayıt, Cəlilabad, Göyçay, Yevlax, Şəki, Tovuz, Xaçmaz nümayəndəlikləri fəaliyyətə başlayıb. Bu barədə şirkətin satış və marketinq şöbəsinin müdiri Emin Abdullayev bildirib.

 

E.Abdullayevin sözlərinə görə, şirkət xidmət şəbəkəsini genişləndirmək məqsədi ilə ölkə üzrə daha 7 nümayəndəliyini istifadəyə verib. Bu nümayəndəliklər vasitəsilə əhali qeyri-həyat sığortası sahəsinə aid icbari və könüllü sığorta növlərindən yararlana biləcək.

 
E.Abdullayev bildirib ki, “Xalq Sığorta” şirkəti Bakı ilə yanaşı regionda əhaliyə daha yaxın olmaq  və onlara daha keyfiyyətli sığorta məhsulları təklif etmək məqsədi ilə növbəti həftə Şirvan nümayəndəliyinin açacaq. Bununla da, şirkətin nümayəndəliklərinin sayı 8-ə çatacaq.

 

Xatırladaq ki, “Xalq Sığorta” 2005-ci ildən fəaliyyət göstərir. Şirkət 20-dən artıq könüllü və 3 icbari sığorta növünü uğurla gerçəkləşdirir.


Şirkət Azərbaycan sığorta bazarının ən iri iştirakçılarındandır, onun ödənilmiş nizamnamə kapitalı 46 187 500 manat təşkil edir.

 

PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

 

© FED

11.12.2018 12:45

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ