Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Makronun açıqlamaları "sarı jilet"liləri yenə məmnun etmədi

iç səhifə xəbər başlığı altı (mobil)_31
Makronun açıqlamaları "sarı jilet"liləri yenə məmnun etmədi

Fransa mətbuatında yer alan xəbərlərə görə, "sarı jilet"lər, Prezident Emmanuel Makronun dünən axşam minimum maaşın 100 avro artırılacağı, 2 min avrodan aşağı əmək pensiyalarının azaldılmayacağı barədə açıqlamalarını qeyri-qənaətbəxş hesab ediblər.
 

"Marja" xəbər verir ki, "sarı jilet"lilərin sözçülərindən Erik Drouet etdiyi açıqlamada, Makronun aksiyaların əvvəlindən bu yana onları ciddiyə almadığını qeyd edərək, nümayişçiləri şənbə günü yeni bir aksiya keçirməyə dəvət edib.


Montauban şəhərində yaşayan və "sarı jilet"lilərə dəstək verən Kristof Torrent, mətbuata verdiyi açıqlamada, "Bu açıqlamalar çox yetərsizdir. Minimum maaşın 100 avro artırılması qənaətbəxş deyil" deyib.

 

Aveyron şəhərində yaşayan "sarı jilet"lilərdən Kristof da minimum maaşın 100 avro artırılmasının yetərsiz olduğunu və problemləri həll etmədiyini qeyd edib.

 

Makron, 5 Dekabrda "Yelisey" Sarayı vasitəsilə yanacaq qiymətlərinin artırılmasının gələn il üçün ləğv etdiyini açıqlamışdı.  Ancaq "sarı jiletlər" bunu da qeyri-qənaətbəxş hesab etmişdilər.

 

Fransada yanacaq qiymətlərinin artırılmasına və iqtisadi şəraitin pisləşməsinə reaksiya olaraq 17 Noyabrda başlayan, ancaq daha sonra Makronun hökumətinə qarşı qəzəbə çevrilən nümayişlər, ölkədə son illərin ən şiddətli etirazı halına gəlib. 

11.12.2018 13:27

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ