Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

“Azəri-Çıraq-Günəşli”nin 2 platformasında hasilat dayandırılacaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Azəri-Çıraq-Günəşli”nin 2 platformasında hasilat dayandırılacaq
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

BP 2019-cu ildə Xəzərin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-dərinsulu Günəşli” (AÇG) yataqları üzrə “Mərkəzi Azəri” və “Qərbi Çıraq” platformalarında planlaşdırılmış profilaktik işlər proqramı həyata keçirəcək.

 

Reklam_3_11

Bu barədə açıqlamasında “BP Azerbaijan” şirkətinin əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli deyib.

 

“Ümumiyyətlə hər il platformalarda müəyyən profilaktik, təmin işləri həyata keçirilir. Cari ildə “Şahdəniz” və AÇG-dəki platformaların heç birinin dayandırılması proqramı həyata keçirilmədi. Gələn il isə 2 platformanın profilaktik dayandırılması proqramının həyata keçirilməsi nəzərdə tutulur. Bu platformalar AÇG-dəki “Mərkəzi Azəri” və “Qərbi Çıraq” platformalarıdır. Həmin platformalarda təmir və sazlama işləri ilə əlaqədar hasilat dayandırılacaq. Adətən bu işlər 15 günə qədər nəzərdə tutulur. Biz çalışırıq ki, 15 gündən daha tez müddətə təmir və sazlama işlərini həyata keçirək ki, bunun hasilata təsiri olmasın. Belə proqramlar normal əməliyyatların bir hissəsidir və onlar planlaşdırılmış şəkildə müntəzəm həyata keçirilir. Proqram üzrə həyata keçiriləcək işlər 2019-cu ilin illik iş proqramı və büdcəsinə daxil edilib. Bu işlər gələn ilin planı üzrə ümumi hasilat göstəricisinə təsir etməyəcək. Platformaların birində profilaktik işlərin gələn ilin ikinci rübündə, digərində isə üçüncü rübdə, oktyabrda həyata keçirilməsi planlaşdırılır. Lakin bu plan üzrədir, əməliyyat əsnasında bunlar dəyişə də bilər”, - deyə “BP Azerbaijan”ın vitse-prezidenti bildirib.

 

PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

 

© Azərtac

11.12.2018 13:41

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ