Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Azərbaycanın cənnət bölgəsinə dəmir yolu xətti tikiləcək - 30 MİLYON AYRILDI

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanın cənnət bölgəsinə dəmir yolu xətti tikiləcək - 30 MİLYON AYRILDI

Əhalidən torpaqlar alınacaq


 

Reklam_3_11

Prezident İlham Əliyev Ləki-Qəbələ dəmir yolu xəttinin tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. 

 

"Marja" xəbər verir ki, Sərəncamla Ləki-Qəbələ dəmir yolu xəttinin tikintisinin layihə-smeta sənədlərinin hazırlanması, tikinti altına düşən torpaqların özgəninkiləşdirilməsi və tikinti işlərinin aparılması məqsədilə  dövlət büdcəsindən “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinə 30 milyon manat ayrılıb.

 

Sərəncamda bildirilib ki, ölkə iqtisadiyyatının neftdən asılılığının azaldılması, digər sahələrdən gələn gəlirlərin artırılması, qeyri-neft sektorunun sürətli inkişafı respublikada aparılan iqtisadi islahatların əsas istiqamətlərindəndir. Qeyri-neft sektorunun iqtisadi cəhətdən ən sərfəli sahələrindən biri hesab edilən turizmin inkişafı ilə bağlı son illərdə həyata keçirilən tədbirlər nəticəsində bu sahədə ciddi nailiyyətlər əldə edilmiş, o cümlədən turizm obyektlərinin sayı çoxalmış, xidmət səviyyəsi yüksəlmiş, yerli əhalinin milli turizmə marağı, eləcə də ölkəyə səfər edən turistlərin sayı xeyli artmışdır.

 

PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

 

Ölkənin əsas turizm mərkəzlərindən biri olan Qəbələ şəhərinə və əks istiqamətdə dəmir yolu ilə sərnişindaşımaların həyata keçirilməsi üçün Ağdaş rayonu ərazisində yerləşən Ləki stansiyasının yaxınlığından uzunluğu 43,0 km olan yeni dəmir yolu xəttinin tikintisi turizm infrastrukturunun yaxşılaşdırılmasına və turizm obyektlərinə əlyetərliyin təmin edilməsinə öz töhfəsini verəcəkdir.

11.12.2018 15:22

Müştərilərin xəbərləri

Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ