Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Xarici İşlər Nazirliyindən Danimarka şirkətilə bağlı açıqlama - "MÜƏYYƏN OLUNUB Kİ,..."

iç səhifə xəbər başlığı altı (mobil)_31
Xarici İşlər Nazirliyindən Danimarka şirkətilə bağlı açıqlama - "MÜƏYYƏN OLUNUB Kİ,..."

"Danimarkanın "Novo Nordisk" şirkəti Dağlıq Qarabağ ərazisində heç bir iqtisadi fəaliyyətlə məşğul deyil". 

 

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı açıqlamada bildirilib.

 

Məlumatda vurğulanıb ki, ölkənin kütləvi informasiya vasitələrində yayılmış Danimarkanın dərman preparatları istehsalçısı olan "Novo Nordisk" şirkəti tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma separatçı rejimə dərman məhsullarının satışının həyata keçirilməsi haqqında məlumat Xarici İşlər Nazirliyinin təlimatı əsasında Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı Səfirliyi tərəfindən araşdırılıb:

 

"Araşdırma nəticəsində müəyyən olunub ki, Danimarkanın "Novo Nordisk" şirkəti Dağlıq Qarabağ ərazisində heç bir iqtisadi fəaliyyətlə məşğul deyil, bu ərazi ilə heç bir ticarət müqaviləsi mövcud deyil və Dağlıq Qarabağa heç bir məhsul ixrac edilməmişdir. Bu məlumatı öz məktubunda təsdiq edən Danimarka şirkəti Azərbaycan Respublikasının ərazi bütövlüyünə hörmət etdiyini və Azərbaycanın milli qanunvericiliyi, eləcə də beynəlxalq hüquqa uyğun fəaliyyət göstərdiyini xüsusi olaraq vurğulayıb. Danimarka şirkəti, həmçinin mətbuatda bu cür xəbərlərin yayılmasından narahat olduğunu və "Novo Nordisk"in Azərbaycanla əməkdaşlığı davam etdirməkdə maraqlı olduğunu qeyd edib".

11.12.2018 15:59

Müştərilərin xəbərləri

Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ