Ən yuxarı statik reklam-3_3
Mobil manşet üstü reklam_21

Nazirlikdə balıqçılığın və akvakulturanın inkişafı ilə bağlı görüş

iç səhifə xəbər başlığı altı (mobil)_31
Nazirlikdə balıqçılığın və akvakulturanın inkişafı ilə bağlı görüş

Dekabrın 11-də Ekologiya və Təbii Sərvətlər Nazirliyində Azərbaycanın dövlət balıqçılıq təsərrüfatlarının qiymətləndirilməsinə, ölkədə akvakultura sahəsində işlərin səmərəliliyinin artırılmasına və genişləndirilməsinə həsr olunan seminar keçirilib.

 

Seminarda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə ofisinin, Kənd Təsərrüfatı Nazirliyinin Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələri və sahibkarlar iştirak edib. 

 

Görüşün keçirilməsində məqsəd mövcud dünya təcrübəsindən yararlanmaqla ölkə əhalisinin balıq məhsullarına olan daxili tələbatının ödənilməsinə, sahil balıq ovundan asılı olan rayonların şirin su və dəniz əmtəə akvakulturasının yaradılması əsasında dayanıqlı sosial- iqtisadi inkişafının təmin edilməsinə və su bioloji resurslarının mühafizəsi, artırılması və səmərəli istifadəsinə nail olmaqdır.

 

Tədbirdə ekologiya və təbii sərvətlər naziri, FAO-nun Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə ofisinin rəhbəri çıxış edib, Türkiyə, Macarıstan və İtaliyadan olan akvakultur üzrə mütəxəssislərin təqdimatları və məruzələri dinlənilib.

11.12.2018 18:16

Müştərilərin xəbərləri

Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ