Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Masallıda zərərverici yayılıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Masallıda zərərverici yayılıb

Qida Təhlükəsizliyi Agentliyinin fitosanitar müfəttişləri tərəfindən keçirilən manitorinqlər nəticəsində Masallı rayonunda Azərbaycan ərazisi üçün karantin sayılan Avstraliya şırımlı yastıcasının (Iceriya purchasi Maskell) yayıldığı müəyyən edilib. Bu barədə “Marja”ya Qida Təhlükəsizliyi Agentliyindən bildirilib.

 

“Halbuki zərərli orqanizmin Bakı şəhəri, Abşeron, Lənkəran və Astara rayonlarının ərazisində məhdud dairədə mövcud olduğu məlum idi. Manitorinqlərin nəticələri göstərir ki, zərərvericinin əhatə dairəsi genişlənib və Avstraliya şırımlı yastıcası Masallı rayonu ərazisində də müəyyən edilib.

 

Avstraliya şırımlı yastıcası akasiya, əncir, zeytun, ərik və s. meyvə ağaclarını güclü yoluxdurur. Həmçinin şırımlı yastıca meyvə ağacları ilə yanaşı sitrus bitkilərinə də ciddi zərər verir. Şırımlı Avstraliya yastıcası 52 növ bitkidə müşahidə olunub. Zərərverici Azərbaycan ərazisində limon, mandarin, apelsin, tut, zeytun ağaclarını yoluxdurur.

 

Adıçəkilən zərərverici Rusiyada, Qafqazın bütün Qara dəniz sahillərində, yeni Zelandiyada, Şərqi Asiyada, Amerikada və digər ölkələrdə də geniş yaylılıb. Şırımlı yastıca geniş yayılma potensialına malik olduğu üçün digər ölkələrə asanlıqla keçib. Zərərverici ilə mübarizə zamanı mütəxəssislərin iştirakı ilə kimyəvi üsullardan istifadə olunması tövsiyə edilir”,- məlumatda deyilir.

11.12.2018 18:35

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ