Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

"Dollara tələbin martda yenidən artacağı gözlənilir"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Dollara tələbin martda yenidən artacağı gözlənilir"

Tanınmış iqtisadçı Vüqar Bayramova görə, dollara tələbin mart ayında yenidən artacağı gözlənilir.

 

“Dünəndən başlayaraq banklarda yenidən dollara tələbin azalması müşahidə edilir. Bu isə özünü valyuta məzənnəsində göstərməkdədir. 2 gün öncə 1 dolları 1.80 manata alan banklar bu gündən həmin məzənnəyə satış edirlər. Yəni, dolların satış kursu 1.80 manat müəyyənləşdirilib. Bu isə o deməkdir ki, rəsmi məzənnə dəyişməsə də belə, son 2 gündə banklarda dollar ucuzlaşıb. Banklar bunu son 2 gündə dollar alanların sayının azalması ilə izah edirlər.

 

Valyuta bazarındakı mövcud vəziyyəti nəzərə alsaq bu gün banklar hərraca daha az dollar sifarişi ilə getməlidirlər. Amma bu belə olacaqmı? Müdaxilə olmadığı halda valyuta bazarının qaydaları bunu tələb edir. Amma təəssüf ki, bankların spekulyativ müdaxilələri həm yığımlara, həm də xarici valyutaya tələbə təsir göstərməkdədir. Bu baxımdan, bu günki hərracın nəticələri eyni zamanda valyuta bazarının sifarişlərə necə təsir edəcəyini də göstərəcək. Bununla belə, öncədən proqnozlaşdırdığımız kimi, dollara tələbin mart ayında yenidən artacağı gözlənilir”.

23.02.2017 07:55

Müştərilərin xəbərləri

Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ