Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Tramp İŞİD-ə "30 gün" ömür biçdi

iç səhifə xəbər başlığı altı (mobil)_31
Tramp İŞİD-ə "30 gün" ömür biçdi
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

İraq ilə Suriyadakı azlıqların qorunması və onlara dəstək verilməsini nəzərdə tutan qanunun imzalanması mərasimində danışan ABŞ Prezidenti Donald Tramp, İŞİD ilə bağlı diqqətçəkən ifadələr işlədib.

 

"Marja" xəbər verir ki, terror təşkilatı İŞİD-in bu regionda yaşayan hər kəsə qarşı çox pis işlər gördüyünü bildirən Tramp, "ölkəsinin bu təşkilata qarşı qərarlı bir şəkildə mübarizə apardığını" bildirib.
 

Trampın, "İŞİD-ə qarşı çox böyük bir iş görmüşük. Dünyanın o bölgəsində sayları çox az qaldı və qarşıdakı 30 gün ərzində heç biri (İŞİD mənsubu) olmayacaq",- deyib. 
 

İŞİD-in zərər verdiyi dini və etnik azlıqlara ABŞ-ın dəstək olmağa davam edəcəyini qeyd edən Tramp, daha sonra kameralar qarşısında sözügedən qanuna imzasını atıb.

12.12.2018 05:50

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ