Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Nar ilə bağlı assosiasiyaya icraçı direktor təyin edildi

iç səhifə xəbər başlığı altı (mobil)_31
Nar ilə bağlı assosiasiyaya icraçı direktor təyin edildi

Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasında yeni kadr təyinatı olub. Sədr Fərhad Qaraşovun müvafiq əmr ilə Yusif Axundov aqurumun icraçı direktoru, Şahin Həsənli isə katibi vəzifəsinə təyin edilib.

 

Yusif Axundov 2001-ci ildə Bakı Dövlət Universitetinin Beynəlxalq Münasibətlər və Beynəlxalq Hüquq fakültəsinin bakalavr, 2003-cü ildə magistratura pilləsini bitirib. Əmək fəaliyyətinə 2002-ci ildə “Azərenerji” ASC Xarici İqtisadi Əlaqələr şöbəsində başlayıb, daha sonra bir sıra transmilli şirkətlər və Koreya Ticarət və İnvestisiyaların Təşviqi Agentliyində fəaliyyətini davam edib. 2013-cü ildən "Gilan FMCG Group" şirkətində ixracat departamentinin rəisi işləyib.

 

Şahin Həsənli isə 2008-ci ildə Azərbaycan Dövlət İqtisadiyyat Universitetinin İqtisadiyyatının tənzimlənməsi fakültəsinin bakalavr, 2011-ci ildə magistratura pilləsini bitirib. 2011- 2017-ci illər arasında “Kapital Bank” ASC-nin kredit şöbəsində çalışıb.


ANİİA 2016-ci ilin noyabrından fəaliyyətə başlayıb və ilk günlərdən ölkəmizdə narçılıqla məşğul olan fiziki  və hüquqi şəxsləri öz ətrafına toplayıb.

 

Xatırladaq kı, Assosiasiyanın sədri Fərhad Qaraşov 2018-ci ilin noyabr ayında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İctimai Şurasının sədri seçilib. 

 

PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

12.12.2018 07:20

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ