Ən yuxarı statik reklam_3
Mobil manşet üstü reklam_21

Masterpass Azərbaycanda ilk dəfə E-Pul.az-da

iç səhifə xəbər başlığı altı (mobil)_31
Masterpass Azərbaycanda ilk dəfə E-Pul.az-da

(®) E-PUL Mastercard vasitəsilə Masterpass layihəsinə qoşuldu


 

Reklam_3_11

E-Pul.az onlayn ödəniş sistemi daha bir ilkə imza atdı. Ölkə ərazisində ilk dəfə olaraq, öz istifadəçilərinə Mastercard vasitəsilə Masterpass kart kisəsinə qoşulma imkanı verdi. Artıq istifadəçilərin hər dəfə ödəniş zamanı kart məlumatlarını daxil etməsinə ehtiyac olmayacaq.

 

Qeydiyyatdan keçmiş istifadəçilər üçün Masterpassın təhlükəsiz mühitində kartı saxlamaq kifayətdir, mobil telefon nömrəsi ilə yoxlama olunduqdan sonra istifadəçi bir toxunuşla veb-sayt və ya mobil tətbiqlər vasitəsilə E-Pul.az-ın təqdim etdiyi xidmətlər üzrə ödəniş edə bilər. (Əsas səhifə/hesablarım/kart əlavə et) Ətraflı Məlumat: http://blog.e-pul.az/?p=902

 

Şirkətin rəhbəri Samir Nasibov yeni layihə ilə bağlı fikirlərini bildirmişdir: “Sistemə daxil olarkən az məlumatın tələb olunması, ödəniş sisteminin üstünlüyünə dəlalət edir. Eləcə də bu fakt müntəzəm olaraq istifadəçi sayının artmasına müsbət təsir göstərər. Masterpass platforması vasitəsi ilə ödənişlər daha sürətli, daha təhlükəsiz, daha rahat həyata keçir. Məlumatlar qorunur və təhlükəsizliyə tam əminlik yaranır.”

 

E-Pul.az platforması Masterpass layihəsi çərçivəsində 05.12.2018-ci il tarixindən etibarən  #birlikdeodeyek kampaniyasına start verib.  Masterpass sistemində kartını yaddaşda saxlayan hər bir istifadəçi E-Pul.az-da minimum 5 AZN məbləğində yerinə yetirdiyi kommunal və mobil ödənişlərdə 3 AZN endirim əldə edəcək.

 

Yenilikləri ilə daim diqqətdə olan portal nağdsız ödənişlərlə bağlı fərqli layihələr üzərində çalışır.

12.12.2018 10:11

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ