Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Naxçıvan yenidən investisiya reytinqinin lideri olub

iç səhifə xəbər başlığı altı (mobil)_31
Naxçıvan yenidən  investisiya reytinqinin lideri olub
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Naxçıvan Muxtar Respublikası ikinci dəfə Caspian European Clubun dəstəyi ilə fəaliyyət göstərən Caspian Energy İnternational Media Group-un hazırladığı 2018-ci il üzrə Azərbaycanın iqtisadi regionlarının investisiya reytinqində qalib gəlib.

 

Reklam_3_11

Bu barədə Caspian European Club-un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev məlumat verib.

 

Telman Əliyevin sözlərinə görə, reytinq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən regionların sosial siyasətinin və iqtisadi islahatlarının nəticələrini nümayiş etdirir və Caspian Energy jurnalının növbəti nömrəsində  dərc olunacaq. 

 

Telman Əliyev qeyd edib ki, Naxçıvan Muxtar Respublikasında sosial-iqtisadi, elmi-mədəni, tikinti, sənaye və kənd təsərrüfatı, həmçinin turizm, nəqliyyat və kommunikasiya, infrastruktur sahələrində mühüm nailiyyətlər əldə olunub, istehsalatda artım və əhalinin rifah səviyyəsində yüksəliş  qeydə alınıb. O bildirib ki, qazanılmış uğurlar sayəsində muxtar respublikanın iqtisadi potensialında əhəmiyyətli dərəcədə artım müşahidə olunub. İyunun 14-də Naxçıvan Biznes Mərkəzində keçirilmiş VI Beynəlxalq “Caspian Energy Forum Nakhchivan–2018” də  iştirak edən Naxçıvan Muxtar Respublikasının rəsmiləri, aparıcı Azərbaycan şirkətlərinin rəhbər və nümayəndələri bu proseslərin şahidləri olublar.

 

2018-ci ilin reytinqinin əsas özəlliyi Azərbaycan iqtisadiyyatının ənənəvi enerji mənbələrindən asılılığının ciddi şəkildə azalması faktıdır. Alternativ və bərpaolunan mənbələr regionların enerji balanslarında getdikcə daha çox yer tutur. Ekoloji cəhətdən təmiz enerjinin yüksək səviyyədə istehsalı sayəsində Naxçıvan yenidən Caspian Energy-nin ümumi reytinqində ilk yeri tutub və ardıcıl ikinci dəfə şəksiz qalib seçilib.

 

Bu il reytinqdə Azərbaycanın 11 iqtisadi regionu (Abşeron iqtisadi rayonu, Gəncə-Qazax iqtisadi rayonu, Şəki-Zaqatala iqtisadi rayonu, Lənkəran iqtisadi rayonu, Quba-Xazmaz iqtisadi rayonu, Aran iqtisadi rayonu, Yuxarı Qarabağ iqtisadi rayonu, Kəlbəcər-Laçın iqtisadi rayonu, Dağlıq-Şirvan iqtisadi rayonu, Naxçıvan Muxtar Respublikası iqtisadi rayonu) qiymətləndirilib. Regionlar 18 parametr üzrə altı  (sosial-demoqrafik göstərici, sosial-iqtisadi vəziyyət, işgüzar mühit, infrastruktur, rifahlıq və kənd təsərrüfatı) qrupa bölünüb.

 

Telman Əliyev xatırladıb ki, regionlar arasında 2016-cı ildə ən yüksək balı Gəncə-Qazax iqtisadi rayonu, 2017-ci ildə isə Naxçıvan Muxtar Respublikası toplayıb.

 

Sıralarında dünyanın 70 ölkəsindən 5 mindən artıq şirkət və təşkilatı birləşdirən Caspian European Club Xəzər-Qara dəniz regionunda fəaliyyət göstərən nəhəng neft-qaz şirkətlərinin dəstəyi və Caspian Energy İnternational Media Group-un fəal iştirakı ilə 2002-ci ilin iyununda yaradılıb.

12.12.2018 11:30

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ