Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

"VTB Azərbaycan" "VTB Faktorinq"i köməyə çağırır

iç səhifə xəbər başlığı altı (mobil)_31
"VTB Azərbaycan" "VTB Faktorinq"i köməyə çağırır

“Bu yaxınlarda Bank VTB (Azərbaycan) beynəlxalq faktorinq xidmətini işə salacaq ki,  bu da xarici bazarlara məhsul ixrac edən yerli sahibkarların  imkanlarını genişləndirəcək. Bu xidməti Azərbaycan üçün unikal saymaq olar". 

 

Reklam_3_11

“Marja” xəbər verir ki, bunu Bank VTB (Azərbaycan) ASC-nin Korporativ biznesin inkişafı departamentinin direktoru Yasin Cəlilov bildirib.

 

O qeyd edib ki, xidmətin yaradılmasında VTB Qrupa daxil olan "VTB Faktorinq" şirkəti də iştirak edir: “Bu xidmət çərçivəsində biz debitor borcun maliyyələşdirilməsini öz üzərimizə götürürük, zamin qismində isə "VTB Faktorinq" çıxış edir, üstəlik, şirkətin biznes-analizini də məhz o aparır.

 

Bu məhsulun tanıdılması üçün biz AZPROMO, Azərbaycan İxracatçılar Klub kimi təşkilatlarla, habelə mövcud müştərilərimizlə işləyirik. Bundan başqa, biz istehsal və nəticədə Rusiya Federasiyasına ixrac etdiyi məhsulun həcmini artırmaq istəyən şirkətlərə Bank VTB (Azərbaycan)-a müraciət etməyə və faktorinq çərçivəsində zəruri maliyyələşmənin əldə olunmasını təklif edirik».

 

Yasin Cəlilov əlavə edib ki, kiçik və orta biznes üçün biz "Kassa-hesablaşma xidməti paketi" məhsulu da hazırlanır: «Paketə daxil olan xidmət və əməliyyatlar müəyyən həcmdə və müəyyən olunmuş tariflər üzrə təklif olunacaq. Məhsul elə formalaşıb ki, müştəri keyfiyyətli bank xidməti ilə təmin olunur, eyni zamanda kassa-hesablaşma xidmətlərinə çəkilən xərcləri optimallaşdırır.
 

Bundan başqa, biz kiçik və orta biznes üçün overdraft xidmətini təklif edirik. Həmçinin, bank xidmətlərin rəqəmsallaşdırılmasına da böyük diqqət ayırmaq niyyətindədir: mobil tətbiqimiz təkmilləşdiriləcək, internet bankçılıq xidmətimiz yeni funksiyalar əlavə edildikdən sonra daha rahat və cəlbedici olacaq”.

13.12.2018 07:19

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ