Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

ABŞ-ın xam neft ehtiyatları azalıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
ABŞ-ın xam neft ehtiyatları azalıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

 ABŞ-ın kommersiya (satış) məqsədli xam neft ehtiyatları ötən həftə 1,2 milyon barrel azalıb.
 

"Marja" xəbər verir ki, ABŞ Enerji İnformasiya İdarəsi (EIA) ölkədəki kommersiya xam neft ehtiyatlarının ötən həftə 1,2 milyon barrel (0,3 faiz) azalma ilə 442 milyon barrelə gerilədiyini açıqlayıb.
 

Reklam_3_11

Bazar gözləntisi, ehtiyatların 3 milyon barrel azalacağı istiqamətində idi. Xam neft ehtiyatları ötən həftə 7,3 milyon barrel azalma qeyd etmişdi. 

 

Kommersiya xam neft ehtiyatlarına daxil olmayan strateji xam neft ehtiyatları isə ötən həftə dəyişiklik göstərməyərək 649,6 milyon barreldə qalıb. 
 

ABŞ-ın benzin ehtiyatları isə ötən həftə 2,1 milyon barel (0,9 faiz) artımla 228,3 milyon barelə yüksəlib. Benzin ehtiyatlarına dair  bazar gözləntisi 2,5 milyon barel artım olacağı istiqamətində idi.
 

Benzin ehtiyatları əvvəlki həftə 1,7 milyon barel artım göstərmişdi.
  

ABŞ-ın xam neft idxalı, keçən həftə əvvəlki həftəyə nisbətən gündəlik orta hesabla 174 min barel artımla 7,39 milyon barelə qalxıb, ixracı isə gündəlik orta hesabla 929 min barrel azalma ilə 2,27 milyon barrelə enib.
 

NEFT HASİLATI ARTIB

 

Ölkənin xam neft hasilatı keçən həftə əvvəlki həftəyə nisbətən gündəlik orta hesabla 108 min barrel azalıb. Gündəlik orta hesabla xam neft hasilatı ölkənin Alyaska ştatında 8 min barrel, digər əyalətlərdə isə cəmi 100 min barel azalıb.
 

Beləliklə, 1-7 Dekabr həftəsində ABŞ-ın xam neft istehsalı təxminən gündəlik orta hesabla 11,6 milyon barrel səviyyəsində olub, son 48 həftədə 10-uncu dəfə azalma göstərib.
 

EIA-nln "Dekabr 2018" hesabatına görə, ölkənin gündəlik orta hesabla xam neft istehsalının gələn il 12,1 milyon barrel olacağı ehtimal edilir.

13.12.2018 08:09

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ