Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Bərdə pambığın orta məhsuldarlığına görə öndədir

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bərdə  pambığın orta məhsuldarlığına görə öndədir
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Ötən əsrin 70-80-ci illərində ölkədə pambıq istehsalında öndə gedən Bərdə əməkçiləri bu ənənəni qoruyub saxlayırlar. Bu il 9630 hektarda pambıq becərən bərdəli “ağ qızıl” ustaları gərgin zəhmət hesabına yetişdirilmiş məhsulun toplanışını da nümunəvi təşkil edirlər.

 

Bərdə Rayon İcra Hakimiyyətindən bildirilib ki, bu günədək tarlalardan 24 min 311 ton pambıq tədarük edilib. Hər hektardan orta hesabla 25 sentner məhsul götürülüb ki, bu da respublikanın pambıqçılıq rayonları arasında ən yüksək göstəricidir. Bərdəli fermerlər yetişdirdikləri məhsulu son qozasına qədər toplamaq üçün səylə çalışırlar. Yığılan pambıq əsasən “MKT İstehsalat Kommersiya” MMC-nin Bərdə filialına, “Azərpambıq” MMC-nin Bərdə pambıq istehsalı və emalı zavoduna və “P-Aqro” MMC-nin Yevlaxdakı qəbul məntəqəsinə təhvil verilir.

 

Qeyd edək ki, sovet dövründə Bərdə pambıqçılıq sahəsində respublikamızın ən qabaqcıl rayonlarından idi. 1981-ci ildə rayonda 28 min hektar pambıq tarlasından 126 min tona yaxın məhsul tədarük edilmişdi. Lakin 1990-cı illərdən başlayaraq bu sahəyə olan maraq azalmışdı. Dövlətimizin başçısının tapşırıq və göstərişləri nəticəsində artıq rayonda pambıqçılıq yenidən inkişaf dövrünə qədəm qoyub. Rayon sakinlərinin pambıqçılıq sahəsində təcrübəsi, bölgədə olan mövcud pambıq emalı zavodlarının potensialı pambıq istehsalını artırmaq üçün stimul yaradır.

13.12.2018 09:10

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ