Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

PR-la bağlı Foruma biletlərin satışına start verildi

iç səhifə xəbər başlığı altı (mobil)_31
PR-la bağlı Foruma biletlərin satışına start verildi

26 yanvar 2019-cu il tarixində Bakı şəhərində keçiriləcək “Türkdilli Dövlətlərin PR Mütəxəssislərinin Birinci Bakı Forumu” üçün biletlərin satışına start verilib. 

 

Forumda Türkiyə, Qazaxıstan, Özbəkistan, Türkmənistan və Qırğızıstan ölkələrinin  PR mütəxəssisləri, həmçinin yerli şirkətlərdə çalışan PR mütəxəssislər çıxışlar edəcəklər.

 

Forum barədə və bilet satışı haqqında ətraflı məlumatı www.bakuprforum.az səhifəsindən almaq olar. Bilet satışı onlayn və birbaşa ünvana çatdırılma ilə həyata keçirilir.

 

Qeyd edək ki, Beynəlxalq İctimaiyyətlə Əlaqələr Assosiasiyası (İPRA) və Türkiyənin İctimaiyyətlə Əlaqələr Dərnəyi (TUHİD Türkiyə Halkla İlişkilər Dərnəyi) Türk dünyasında ilk dəfə keçiriləcək “Türkdilli  Dövlətlərin  PR Mütəxəssislərinin Birinci Bakı Forumu”nun rəsmi  tərəfdaşı olublar. 

 

Xatırladaq ki, Forumun əsas məqsədi Türkdilli Dövlətlərin PR Mütəxəssislərini bir araya gətirmək, türkdilli ölkələrin PR mütəxəssislərinin qarşılıqlı əməkdaşlığını genişləndirmək, PR sahəsinə yeni tendensiyalar və ideyalar gətirərək bu sahənin inkişafını təmin etməkdir. Bu günə kimi, Forumda Türkiyə, Qazaxıstan, Özbəkistan, Türkmənistan və Qırğızıstan PR mütəxəssisləri, həmçinin yerli şirkətlərdə çalışan PR mütəxəssisləri iştiaklarını təsdiqləyiblər.

 

Forumun təşkilat qrupu

Əlaqə nömrəsi: +994 50 233 66 82

13.12.2018 09:46

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ