BP: “Gələn il AÇG-də hasilat 2018-ci il səviyyəsində gözlənilir”
2019-cu ildə Xəzərin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunda hasilatın təxminən 2018-ci il səviyyəsində qalması nəzərdə tutulur.
Bunu "BP-Azerbaijan" şirkətinin əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli jurnalistlərə bildirib.
“Gələn il “Azəri-Çıraq-Günəşli” yataqlar blokunda hasilat göstəricisinin təxminən 2018-ci il səviyyəsində olması nəzərdə tutulur. Çalışacağıq ki, blokda hasilat stabil saxlanılsın”.
B. Aslanbəyli AÇG-nin gələn il üzrə iş planına əsasən, “Mərkəzi Azəri” və “Qərbi Çıraq” platfomalarında profilaktik işlərin həyata keçirilməsinin nəzərdə tutulduğunu da qeyd edib.
“Plana əsasən, “Mərkəzi Azəri” platformasında gələn ilin II rübündə, “Qərbi Çıraq” platformasında isə oktyabr ayında profikatik işlərin həyata keçirilməsi nəzərdə tutulub. Lakin bu, plandır və işlərin gedişatından asılı olaraq plan dəyişə bilər”,- vitse-prezident əlavə edib.
Qeyd edək ki, AÇG-də 2018-ci il üzrə orta gündəlik hasilatın 581 min barel olacağı gözlənilir.
Bu ilin yanvar-sentyabr aylarında AÇG yataqlar blokundan gündə orta hesabla 588 min barel və ya ümumilikdə, təqribən, 161 mln. barel, yəni 22 mln. ton neft hasil olunub.
Xatırladaq ki, AÇG yataqlar blokunun birgə işlənməsi və hasil olunan neftin pay şəklində bölüşdürülməsi haqqında (PSA) saziş 1994-cü il sentyabrın 20-də imzalanıb. 2017-ci ilin sentyabrın 14-də blok üzrə 2050-ci ilə qədər işlənməni nəzərdə tutan yeni saziş imzalanıb.
Layihədə pay bölgüsü bu nisbətdədir: BP - 30,37% (operator), AzACG (SOCAR) - 25,00%, "Chevron" - 9,57%, "Inpex" - 9,31%, "Equinor" (keçmiş "Statoil") - 7,27%, "ExxonMobil" - 6,79%, TPAO - 5,73%, "Itochu" - 3,65% və "ONGC Videsh Ltd." (OVL) - 2,31%.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 24 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Kristal plaza Baku” restoranının fəaliyyəti məhdudlaşdırılıb
-
3 saat əvvəl
Birbank Biznes-dən yeni müştərilərə özəl “Xoş gəldin” kampaniyası
- 4 saat əvvəl
-
4 saat əvvəl
Xalq Bank növbəti dəfə irihəcmli beynəlxalq sindikat kreditləşməsi sövdələşməsində iştirak edib
-
5 saat əvvəl
Cənubi Koreyanın 4 avtomobil istehsalçısı 206 mindən çox avtomobilini geri çağırır
- 6 saat əvvəl
-
6 saat əvvəl
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü başlayıb
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 7 saat əvvəl