Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Hər bir vətəndaşına 4700 lari borc düşür

iç səhifə xəbər başlığı altı (mobil)_31
Hər bir vətəndaşına 4700 lari borc düşür
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Gürcüstanın xarici dövlət borcu artaraq 17,3 milyard lari təşkil edib. Hesablamalara görə, ölkə əhalisinin hər bir vətəndaşına 4700 lari borc düşür. Borc yalnız əmək qabiliyyətli insanlar arasında bölünsə, o zaman bu rəqəm 9341 lari təşkil edər.

 

Reklam_3_11

Ölkə mətbuatına görə, hökumət xaricdən aldığı borcları əsasən büdcə kəsirinin bağlanmasına və müxtəlif infrastruktur layihələrinin maliyyələşdirilməsinə yönəldir.

 

Gürcüstanın əvvəlki hakimiyyəti dövründə qəbul olunmuş azad iqtisadiyyat aktında deyilir ki, dövlətin xarici borcunun həcmi ümumi daxili məhsulun (ÜDM) həcmindən 60 faizdən çox ola bilməz. 2018-ci ilin nəticələrinə görə, Gürcüstanın xarici dövlət borcu ÜDM-in 44,6 faizini təşkil edir. Bu, son illərin ən yüksək göstəricisidir. Gürcüstanın 13,7 milyard lari xarici borcunun əsas hissəsini donor və ölkənin əsas tərəfdaşlarından ikitərəfli əməkdaşlıq çərçivəsində aldığı kreditlər təşkil edir. Bu kreditlərin də böyük bir hissəsi güzəştli və aşağı faiz dərəcəsi ilə alınıb. Kreditlərin qaytarılma müddəti 22 il, faiz dərəcəsi isə 2,27 faiz təşkil edir.

 

Qeyd edək ki, Gürcüstan ən çox Dünya Bankından kredit alıb – 5,1 milyard lari. İkinci yerdə 3,2 milyard lari ilə Asiya İnkişaf Bankı, üçüncü yerdə isə 1,5 milyard lari ilə Avropa İnvestisiya Bankı dayanır. Gürcüstanın ən çox kredit aldığı ölkələr sırasında isə birinci yerdə 1,008 milyard lari ilə Almaniya, ikinci yerdə Fransa (653000 milyon lari), üçüncü yerdə isə Yaponiya (590000) durur.

 

© Azərtac

13.12.2018 10:50

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ