Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Nazirlik püşkatma ilə 145 ailəyə mənzil verdi

iç səhifə xəbər başlığı altı (mobil)_31
Nazirlik püşkatma ilə 145 ailəyə mənzil verdi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Abşeron rayonunun Məmmədli kəndindəki “Göy qurşağı” yaşayış kompleksində yeni yaşayış binalarından alınmış 145 mənzil şəhid ailələrinə, Qarabağ müharibəsi və 20 Yanvar əlillərinə təqdim edilib.

 

Reklam_3_11

Nazirlikdən "Marja"ya daxil olmuş məlumata görə, mənzillərin sənədlərinin təqdim olunması tədbirində əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli bildirib ki, dövlət başçısının 2 avqust 2018-ci il tarixli Sərəncamı ilə şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün 2018-ci ildə əlavə olaraq minimum 300 mənzilin alınması üçün 20 milyon manat vəsait ayrılması 2018-ci ildə həmin kateqoriyalardan olan insanlara nəzərdə tutulduğundan 2,8 dəfə çox olmaqla 600-ə yaxın mənzilin təqdim edilməsinə imkan verib.

 

V.Nəsirli qeyd edib ki, hazırda verilən mənzillər də daxil olmaqla şəhid ailələrinə və əlilliyi olanlara bu günədək təqdim edilən mənzillərin sayı 6123-ə çatır. Onlardan 5,7 minə yaxını ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi uğrunda döyüşlərdə fiziki salamlıqlarını itirmiş insanlar və şəhid ailələridir.

 

Bu ay ərzində Bakı və Abşeronda yeni mənzillərin, İmişlidə 54 mənzilli, Şamaxıda 36 mənzilli yaşayış binalarının, ayrı-ayrı rayon və şəhərlərdə də tikintisi başa çatan fərdi yaşayış evlərinin istifadəyə verilməsi planlaşdırılıb.

 

Sonra mənzillərin püşkatma qaydasında, obyektiv və ədalətli şəkildə paylanması həyata keçirilib.

13.12.2018 10:53

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ