Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

“Şahdağ”da qış mövsümünə start verilir - TARİX

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Şahdağ”da qış mövsümünə start verilir - TARİX

Dekabrın 15-də Qusarda yerləşən “Şahdağ” Turizm Mərkəzində yeddinci qış mövsümünə start veriləcək.

 

Reklam_3_11

Həmin gündən etibarən xizək liftləri və 18 sürüşmə yamacı xizək, həmçinin snoubord həvəskarlarının ixtiyarında olacaq.

 

Mövsümün təntənəli açılışında turistlərə canlı musiqi, uşaqlar üçün maraqlı əyləncələr və qonaqların istirahətinə rəng qatan başqa xidmətlər təqdim ediləcək.

 

Hər il olduğu kimi, bu qış mövsümündə də “Şahdağ” Turizm Mərkəzi müxtəlif əyləncələrlə qış istirahətini və aktiv istirahəti sevənlərin könlünü oxşayacaq. Xizək və snoubord sürmə ilə yanaşı, aeroxizək və kvadrosikl turları, ziplayn, peyntbol, at üstündə gəzinti, uşaqlar üçün kirşələr, buz meydançası kimi 15-ə yaxın qış əyləncəsi qonaqların ixtiyarında olacaq. Eləcə də turistlər qarla örtülən Şahdağ yamaclarını yüksəklikdən seyr etmək imkanı verən tandem paraplan uçuşlarından istifadə edə biləcəklər.

13.12.2018 11:02

Müştərilərin xəbərləri

Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ