Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Azərbaycandan Danimarkaya alüminium profillər ixrac edilib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycandan Danimarkaya alüminium profillər ixrac edilib

Sumqayıt Texnologiyalar Parkı (STP) Danimarkaya müxtəlif növ alüminium profillərin ixracını həyata keçirib.

 

STP-dən verilən məlumata görə, 2018-ci ilin noyabrında Danirmarkanın özəl şirkəti ilə 110 tonluq alüminium profil satışı ilə bağlı müqavilə bağlanıb.

 

Sifarişçi şirkətin istəyinə uyğun qəliblər hazırlayaraq istehsala başlayan müəssisə sifarişi tamamlayıb və məhsullar müştəriyə yola salınıb.

 

2014-ci ildə istismara verilən STP-nin Alüminium Zavodu fasad və standart formada olmaqla isti və soyuq seriyalı profillər, alüminium boşluqlar, pəncərə sistemləri, alüminium elektrik şinləri, habelə müştərinin istəyinə uyğun digər alüminum məhsulları istehsal olunur. İstifadə olunan xammal alüminium əritmə və pəstahlama sahəsində emal edilir. Zavodda alüminium profillərin istehsalı ilə yanaşı toz boya, alüminium əritmə və pəstahlama, mis əritmə sahələri fəaliyyət göstərir. Sobaların illik məhsuldarlığı 30000 ton, toz boya sahəsinin aylıq layihə gücü 240 tondur. Məhsulların istehsalında əsasən Gəncə istehsalı olan yerli xammaldan istifadə edilir. Bu həm məhsulun ucuz başa gəlməsinə, həm də Azərbaycan iqtisadiyyatında əlaqəli sahələrin inkişafına səbəb olur.

13.12.2018 13:16

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ