Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Avropa Mərkəzi Bankı faiz qərarını açıqladı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Avropa Mərkəzi Bankı faiz qərarını açıqladı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Avropa Mərkəzi Bankı faiz dəyişdirmədi, qiymətli kağız (istiqraz) alışı proqramını dayandırdı


 

Avropa Mərkəzi Bankı (AMB) faizlərini gözlənildiyi kimi dəyişdirmədi.

 

"Marja" xəbər verir ki, Bank, pul siyasəti faizini 0%-də, depozit faizini mənfi 0.40%-də və marjinal maliyyələşmə faizini də 0.25%-də saxlayıb.

 

AMB, iqtisadiyyatda ləngimə narahatlıqlarına və artan risklərə baxmayaraq trilyonluq qiymətli kağız alışı proqramını dayandıracağını da təsdiq edib.
 

Bank, ən azı 2019-un yazına qədər şərtlərin dəyişməyəcəyi ritorikasını təkrarlayıb.

 

Bank, lazım olduğu müddət ərzində vaxtı başa çatan istiqrazlara yenidən investisiya qoyulacağını da bildirib.

 

Bankın açıqlamasında "İdarə heyəti müddəti başa çatan qiymətli kağızlara yenidən investisiyaya davam etmək niyyətindədir. Yenidən investisiya, AMB faizi artırmağa başladıqdan sonra da uzun bir müddət davam edəcək" dedyilir.
 

AMB rəsmiləri yaydan bəri  proqramın  Dekabrın sonundan etibarən başa çatdırılacağını qeyd edirdi. Bank, Avro Bölgəsi iqtisadiyyatını deflyasiya təzyiqlərdən xilas etmək və etibarı yenidən təsis etmək məqsədilə 2.6 trilyon avroluq istiqraz alışı proqramına 2015-ci ilin Mart ayında başlamışdı.

 

Bakı vaxtı ilə saat 17:30-da AMB sədri Mario Draghi-nin mətbuat konfransı başlayacaq. Sədrin açıqlamaları bazarlar tərəfindən diqqətlə izlənəcək.

13.12.2018 13:57

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ