Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

"Türkiyədən 50 milyon dollarlıq aqrar texnika ala bilərik"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Türkiyədən 50 milyon dollarlıq aqrar texnika ala bilərik"
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Bu gün Bakıda keçirilən Azərbaycan-Türkiyə Kənd Təsərrüfatı Biznes-Forumu çərçivəsində Azərbaycanın kənd təsərrüfatı naziri Heydər Əsədov və Türkiyənin qida, kənd təsərrüfatı və heyvandarlıq naziri Faruk Çelik arasında ikitərəfli görüş keçirilib. 

 

Reklam_3_11

Forum çərçivəsində həmçinin Azərbaycanın kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev və Türkiyə və Avropa İttifaqı Xarici Əlaqələr İdarəsinin rəisi Əli Rəcəb Nazlı arasında sənədlərin imzalanması baş tutub. Bunların arasında Türkiyə-Azərbaycan Kənd Təsərrüfatı İcra Komitəsinin VIII iclasının yekun protokolu da olub.

 

İmzalanma mərasimində F.Çelik bildirib ki, 2023-cü ildə Türkiyə Cümhuriyyətinin 100 illiyi qeyd ediləcək və Azərbaycanla Türkiyə bu müddətə qədər ticarət dövriyyəsinin həcmini 15 mlrd. dollara çatdırmaq niyyətindədir.

 

H.Əsədov isə qeyd edib ki, Azərbaycan Türkiyədən 30-50 mln. ABŞ dolları həcmində kənd təsərrüfatı texnikası almaq imkanına malikdir: "Biz Türkiyədən keyfiyyətli, rəqabətədavamlı kənd təsərrüfatı texnikası almaq istəyirik və türk şirkətləri texniki nəqliyyat vasitələrinin alınması üçün keçiriləcək tenderlərdə iştirak edə bilər".

 

H.Əsədov türkiyəli və azərbaycanlı iş adamlarını birgə istehsal müəssisələri yaratmağa dəvət edib. Nazir xüsusən də toxumçuluq mərkəzlərinin istehsalının təşkil olunmasının vacibliyini bir daha qeyd edib.

23.02.2017 11:30

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ