Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Azərbaycanın da iştirak etdiyi Lapis-Lazuli marşrutu ilə yükdaşımalarına start verilib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanın da iştirak etdiyi Lapis-Lazuli marşrutu ilə yükdaşımalarına start verilib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Bu gün Əfqanıstanın Herat şəhərində Əfqanıstan-Türkmənistan-Azərbaycan-Gürcüstan-Türkiyənin iştirak etdiyi Lazurit dəhlizi (Lapis-Lazuli) üzrə yükdaşımaların başlanmasına həsr olunmuş mərasim keçirilib.

 

Reklam_3_11

“ORİENT” informasiya agentliyi xəbər verir ki, mərasimdə Əfqanıstan İslam Respublikasının Prezidenti Məhəmməd Əşrəf Qani, Türkmənistan və Əfqanıstanın nəqliyyat nazirliklərinin rəhbərləri, Türkiyənin Əfqanıstandakı səfiri və digər rəsmi şəxslər iştirak ediblər.

 

Əfqanıstan İslam Respublikasının Prezidenti Məhəmməd Əşrəf Qani mərasimdə çıxışı zamanı Türkmənistan, Azərbaycan, Gürcüstan və Türkiyənin prezidentlərinin regional əməkdaşlığın möhkəmləndirilməsi, xüsusilə də Lapis-Lazuli layihəsinin reallığa çevrilməsi istiqamətində göstərdiyi səyləri yüksək qiymətləndirib.

 

Mərasimdə vurğulanıb ki, Lazurit dəhlizinin uğurla istismara verilməsi region dövlətlərinin iqtisadi tərəqqisinə güclü təkan verəcək, kənd təsərrüfatı və digər məhsulların, faydalı qazıntıların Əfqanıstandan dünya bazarlarına çıxarılması, yeni iş yerlərinin yaradılması hesabına bu ölkədə vəziyyətin tezliklə stabilləşməsinə kömək edəcək.

 

Qeyd olunub ki, Türkmənistan Lapis-Lazuli nəqliyyat dəhlizi layihəsinin reallaşmasına böyük töhfə verir. Məhz Aşqabadda keçirilən Əfqanıstana dair VII regional iqtisadi əməkdaşlıq konfransında (RECCA - Regional Economic Cooperation Conference on Afghanistan) “Lazurit” marşrutu üzrə tranzit və nəqliyyat əməkdaşlığına dair razılıq əldə olunub və müvafiq saziş imzalanıb. Türkmənistan öz vəsaitləri hesabına Sərhədabaddan Əfqanıstanın Turqudi stansiyasına qədər yeni dəmir yolu xətti çəkib və bununla öz cənub qonşusunu daha bir kanal vasitəsilə öz nəqliyyat sisteminə və buradan da beynəlxalq qovşağa birləşdirib.

 

Təntənələrin kulminasiya nöqtəsi Prezident Məhəmməd Əşrəf Qani və onu müşayiət edən digər yüksəkvəzifəli şəxslərin qırmızı lenti kəsməsi və bundan sonra doqquz ağırtonnajlı avtomobildən ibarət pilot avtomobil karvanının Lazurit dəhlizi marşrutu ilə yola salınması olub. Yüklər Heratdan Turqundi stansiyasına, oradan Türkmənistanın Sərhədabad şəhərinə, sonra bütün ölkənin ərazisindən keçərək Türkmənbaşı Beynəlxalq Dəniz Limanına çatacaq. Daha sonra avtomobil karvanı Xəzər dənizi ilə Azərbaycana – Bakı Beynəlxalq Dəniz Limanına yola salınacaq.

 

Beləliklə, Lapis-Lazuli marşrutu üzrə ilk sınağa start verilib. Lazurit dəhlizi layihənin üzv ölkələrinə regional və kontinental ticarət bazarlarına çıxışları şaxələndirmək imkanı verəcək. Bu da, öz növbəsində, həm bu dəhliz vasitəsilə yük daşıyan ölkələrin, həm də ərazisindən malların tranziti üçün istifadə olunacaq dövlətlərin iqtisadi inkişafına səbəb olacaq.

 

© Az'rtac

14.12.2018 06:08

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ