Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

QDTİB Azərbaycan üzrə 2019-2022-ci illər üçün ölkə strategiyası hazırlayacaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
QDTİB Azərbaycan üzrə 2019-2022-ci illər üçün ölkə strategiyası hazırlayacaq

Azərbaycanın maliyyə naziri Samir Şərifov Bakıda keçirilən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak etmək üçün ölkəmizə səfərə gələn Qara Dəniz Ticarət və İnkişaf Bankının (QDTİB) yeni prezidenti Dmitri Pankinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

 

Reklam_3_11

Nazirlikdən verilən məlumata görə, görüşdə Azərbaycan ilə QDTİB arasında tərəfdaşlığın mövcud vəziyyəti və daha da genişləndirilməsi, bankın 2019-2022-ci illər üzrə Orta müddətli Strategiya və Biznes Planının layihəsi, həmçinin bunun əsasında hazırlanacaq Azərbaycan üzrə 2019-2022-ci illər üçün ölkə strategiyası və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

 

Qeyd edək ki, QDTİB 1999-cu ildə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının yaradıcısı və üzvü olan ölkələr - Azərbaycan, Albaniya, Bolqarıstan, Gürcüstan, Moldova, Rumıniya, Rusiya, Türkiyə, Yunanıstan, Ukrayna və Ermənistan tərəfindən yaradılıb. Hazırda Bankın nizamnamə kapitalı 3,45 mlrd., səhm kapitalı isə 2,3 mlrd. avro təşkil edir. Səhm kapitalında Azərbaycan 5 % paya malikdir. Bank fəaliyyətə başlayandan bugünədək Azərbaycanda özəl sektora 34 layihə üzrə cəmi 339 milyon avro məbləğində kredit ayırıb. 

14.12.2018 08:27

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ