Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Vergi ödəyicilərinə xəbərdarlıq edildi

iç səhifə xəbər başlığı altı (mobil)_31
Vergi ödəyicilərinə xəbərdarlıq edildi

Vergilər Nazirliyi Azərbaycandakı gəlir, mənfəət və əmlak vergisi ödəyicilərinə müraciət edib.

 

Müraciətdə vergi ödəyiciləri vergi bəyannamələrini martın 31-dən gec olmayaraq vergi orqanına təqdim etməyə çağırılır.

 

Bundan başqa, qurum bəyan edib ki, vergi ödəyiciləri hesablanmış vergiləri həmin müddətdə tam həcmdə dövlət büdcəsinə ödəməyə borcludur.

 

"Bildiririk ki, Vergi Məcəlləsinin 57-ci, 58-ci və 59-cu maddələrinə əsasən vergi hesabatını və vergi öhdəliyinin yaranmaması barədə arayışı müəyyən edilən müddətdə təqdim etməyən vergi ödəyicisinə vergi orqanının qərarına əsasən 40 manat məbləğində, büdcəyə çatası vergi məbləğini hesabatı təqdim etməməklə yayındırdıqda, vergi ödəyicisinə yayındırılmış vergi məbləğinin (kameral vergi yoxlaması nəticəsində hesablanmış əlavə vergi məbləği istisna olmaqla) 50%-i qədər maliyyə sanksiyası tətbiq edilir. Vergi qanunla müəyyən edilmiş müddətdə ödənilmədikdə, ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün, ancaq bir ildən çox olmamaqla vergi ödəyicisindən ödənilməmiş vergi məbləğinin 0,1%-i qədər faiz tutulur”, - deyə müraciətdə bildirilir.

23.02.2017 12:17

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ