Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 10%-ə yaxın artıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 10%-ə yaxın artıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2018-ci ilin yanvar-noyabr aylarında 44,0 milyard manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,4 faiz çox sənaye məhsulu istehsal edilmişdir.

 

Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 9,1 faiz, neft sektorunda isə 0,3 faiz artmışdır.

 

Sənaye məhsulunun 73,4 faizi mədənçıxarma sektorunda, 21,9 faizi emal sektorunda, 4,0 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,7 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunmuşdur.

 

Mədənçıxarma sektorunda neft hasilatı 0,2 faiz, əmtəəlik qaz hasilatı isə 4,9 faiz artmışdır.

 

Emal sektorunda avtomobil, qoşqu və yarımqoşquların istehsalı 29,1 dəfə, poliqrafiya məhsullarının istehsalı 2,3 dəfə, tütün məmulatlarının istehsalı 2,2 dəfə, elektrik avadanlıqlarının və mebel istehsalının hər biri 2,1 dəfə, toxuculuq sənayesi məhsullarının istehsalı 42,4 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 28,3 faiz, tikinti materiallarının istehsalı 28,2 faiz, metallurgiya sənayesi məhsullarının istehsalı 16,3 faiz, ağacın emalı və ağacdan məmulatların istehsalı 13,1 faiz, içkilərin istehsalı 8,3 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı 6,2 faiz, kağız və karton istehsalı 3,8 faiz artmış, kimya sənayesi məhsullarının istehsalı 1,5 faiz, kompüter, elektron və optik məhsulların istehsalı 9,7 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 10,8 faiz, əczaçılıq məhsullarının istehsalı 17,1 faiz, maşın və avadanlıqların istehsalı 24,4 faiz, hazır metal məmulatlarının istehsalı 24,9 faiz, sair nəqliyyat vasitələrinin istehsalı isə 66,7 faiz azalmışdır.

 

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 6,9 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 3,6 faiz artmışdır.

14.12.2018 09:45

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ