Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Fitch Türkiyənin kredit reytinqini təsdiq edib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Fitch Türkiyənin kredit reytinqini təsdiq edib

 
Beynəlxalq kredit reytinqi agentliyi "Fitch Ratings", Türkiyənin kredit reytinqini "BB" səviyyəsində və proqnozunu isə "mənfi" (neqativ) olaraq təsdiq edib. Əvvəldə reytinq bu səviyyədə idi. 
 

"Marja" xəbər verir ki, "Fitch"dən verilən açıqlamada, "mənfi" proqnoz, geosiyasi risklərin və qlobal şəraitin yaratdığı çoxşaxəli riskləri əks etdirir. TL ilin ilk aylarında kəskin zəifləmə yaşadı. Bu zəifləmə iqtisadi və geosiyasi proseslərin çətinləşdirdiyi xarici maliyyə çətinliklərinin inkişaf etməsindən qaynaqlanıb" deyilir.
 
Digər tərəfdən, Türkiyə iqtisadiyyatının, Türk Lirəsinin dəyərində əvvəlki aylarda baş verən itkilərin öhdəsindən gəlməyə çalışdığı bildirilən açıqlamada, iqtisadi artımda ləngimənin uzun müddətdir qorunan maliyyə intizamıbı ağırlaşdıracağı irəli sürülüb.
 

Açıqlamada həmçinin, Türkiyədə inflyasiyanın, kredit reytinqi "BB" səviyyəsində olan başqa ölkələrə nisbətən daha yüksək olduğu, struktur göstəricilərin isə həmin ölkələrə nisbətən daha güclü olduğu vurğulanıb. 
 

Fitch, ən son 13 İyul 2018-də Türkiyənin kredit reytinqini "BB+"dan "BB"yə salmış və proqnozunu "mənfi" olaraq təsdiq etmişdi 27 Yanvar 2017-də Türkiyənin "BBB-" olan reytinqini "BB+"a salmış, "mənfi" olan proqnozunu isə "sabit" olaraq dəyişdirmişdi. 21 İyul 2017 və 19 Yanvar 2018-dəki qiymətləndirmələrində isə "BB+" reytinq ilə "sabit" proqnoz dəyişdirilməmişdi. 

15.12.2018 08:10

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ