Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Azərbaycan-Türkiyə avtomobil daşımalarındakı çətinlikləri müzakirə ediblər

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycan-Türkiyə avtomobil daşımalarındakı çətinlikləri müzakirə ediblər

Türkiyə ilə beynəlxalq avtomobil daşımaları sahəsində protokol imzalanıb


 

Reklam_3_11

İzmir şəhərində beynəlxalq avtomobil əlaqələri sahəsində Azərbaycan-Türkiyə Qarışıq Komissiyasının növbəti iclası keçirilib.

 

İclasın məqsədi Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında həyata keçirilən beynəlxalq avtomobil daşımaları sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi, eyni zamanda ölkələrimiz arasında bağlanmış ikitərəfli Sazişin tələblərinin icrası olub.

 

Görüşdə Azərbaycan nümayəndə heyətinə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Həbib Həsənov, Türkiyə nümayəndə heyətinə Nəqliyyat və İnfrastruktur Nazirliyinin avtomobil daşımalarının tənzimlənməsi baş idarəsinin rəisi Mahmut Gürses rəhbərlik edib.

 

İclasda iki ölkə arasında beynəlxalq avtomobil daşımaları sahəsində mövcud vəziyyət, ticarət əlaqələri üzrə və hər iki ölkənin avtodaşıyıcıları tərəfindən "İcazə" blanklarının istifadəsi ilə bağlı statistik məlumatların mübadiləsi, yük və sərnişin daşımaları zamanı avtodaşıyıcıların qarşılaşdığı problemlər və onların həlli yolları kimi məsələlər müzakirə olunub. Eyni zamanda, "Bakı-İstanbul-Bakı" sərnişindaşıma marşrutlarında iştirak edən avtobusların sayı ilə əlaqədar paritetliyin gözlənilməsi, "Bakı-Tbilisi-Qars" dəmir yolunun istifadəyə verilməsi ilə bağlı qarşıda duran məsələlər, Azərbaycan Respublikasının ümumi istifadəsində olan avtomobil yolları ilə hərəkət edən iri qabaritli və ağır tonnajlı xarici nəqliyyat vasitələrinin icazə verilən çəkisi ilə Vergi Məcəlləsinin 211.2 maddəsi arasında olan uyğunsuzluq, hər iki ölkənin avtodaşıyıcılarının viza alınması prosedurlarının sadələşdirilməsi ətrafında fikir mübadiləsi aparılıb.

 

Naxçıvan Muxtar Respublikasının avtodaşıyıcılarının Türkiyə ərazisi ilə Gürcüstana və digər ölkələrə səfəri zamanı "Sədərək-Dilucu" sərhəd-keçid məntəqəsindəki mövcud problemlər, 2019-cu ildə daşımaların həyata keçirilməsi üçün istifadə olunan "İcazə" blanklarının kvota sayı, daşımaların inkişaf perspektivləri və digər aktual məsələlərlə bağlı danışıqlar aparılıb.

 

Dövlət avtomobil nəqliyyatı xidmətinin rəisi Həbib Həsənov son illər ölkəmizdə nəqliyyat sahəsində həyata keçirilən irimiqyaslı islahatlardan, yol-nəqliyyat strukturundakı yeniliklərdən, həyata keçirilən iri regional layihələrdən danışıb.

 

Qarışıq Komissiyanın növbəti iclasında  yuxarıda qeyd edilən məsələlər, həmçinin reqlamentdə nəzərdə tutulan aidiyyəti üzrə digər aktual məsələlər də müzakirə edildikdən sonra nümayəndə heyətləri arasında müvafiq Protokol imzalanıb.

           

15.12.2018 09:03

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ