Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Havanın temperaturu enəcək, yağış, qar yağacaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
Havanın temperaturu enəcək, yağış, qar yağacaq
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Sinoptiklər ölkə ərazisində gözlənilən qeyri-sabit hava şəraiti ilə bağlı xəbərdarlıq ediblər.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən bildiriblər ki, Bakıda və Abşeron yarımadasında dekabrın 16-sı gündüzdən 17-si gündüzədək şimal-qərb küləyinin əsəcəyi, arabir güclənəcəyi, havanın temperaturunun enəcəyi gözlənilir. Dekabrın 17-də maksimal hərarətin 5-7° isti təşkil edəcəyi, gündüz bəzi yerlərdə havanın arabir çiskinli olacağı proqnozlaşdırılır. Dekabrın 18-də yağıntının ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var.

 

Azərbaycanın bölgələrində dekabrın 17-si günün ikinci yarısından 19-dək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, bəzi yerlərdə intensiv və güclü olacağı ehtimal edilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 5-7° enəcək. Çaylarda sululuğun artacağı bildirilir.

 

Sabahdan Azərbaycanda güclü külək əsəcək


Azərbaycanda bazar gününə olan hava şəraiti açıqlanıb. 

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşama doğru çiskinli olacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim cənub-qərb küləyi gündüz arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq. 

 

Havanın temperaturu gecə 5-7°, gündüz 8-10° isti, Bakıda gecə 5-7°, gündüz 8-10° isti təşkil edəcək. Atmosfer təzyiqi normadan yüksək 768 mm civə sütunu ndan 773 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % olacaq.

 

Bundan başqa, dekabrın 16-sı gündüzdən 17-si gündüzədək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin arabir güclənəcəyi, havanın temperaturunun aşağı enəcəyi, 17-də maksimal temperaturun 5-7° isti təşkil edəcəyi, 17-si gündüz bəzi yerlərdə arabir çiskinli yağış yağacağı gözlənilir. 18-də ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var.

 

Azərbaycanın rayonlarında dekabrın 16-da havanın əsasən yağmursuz olacağı, lakin gündüzdən bəzi şimal və şərq rayonlarında arabir yağış yağacağı gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərdə duman. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 1-6° isti, gündüz 8-13° isti, dağlarda gecə 1-6°şaxta, gündüz 2-6° isti təşkil edəcək.

15.12.2018 10:36

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ