Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

İdxal 10 milyard dollardan çox pul apardı – SON RƏQƏMLƏR

iç səhifə xəbər başlığı altı (mobil)_31
İdxal 10 milyard dollardan çox pul apardı – SON RƏQƏMLƏR
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

2018-ci ilin 11 ayında Azərbaycanın xarici ticarət əməliyyatlarının həcmi 28 milyard 214 milyon 292 min ABŞ dolları təşkil edib.

 

“Marja” Dövlət Gömrük Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, yanvar-noyabr dövründə idxal əməliyyatları üzrə 10 milyard 295 milyon 487 min ABŞ dolları, ixrac əməliyyatları üzrə 17 milyard 918 milyon 806 min ABŞ dolları məbləğində ticarət qeydə alınıb. Saldo müsbət 7 milyard 623 milyon 318 min dollar təşkil edib.

 

PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

 

2017-ci ilin 11 ayı ərzində Azərbaycanın xarici ticarət əməliyyatlarının həcmi 20 milyard 291 milyon 683 min dollar, o cümlədən ixrac 12 milyard 500 milyon 980 min dollar, idxal isə 7 milyard 790 milyon 703 min dollar baş tutmuşdu. Beləliklə, Azərbaycanın ixracı 5 milyard 418 milyon dollar və ya  43,2%, idxalı isə 2 milyard 505 milyon dollar və ya 32% artıb.

 

Noyabrda ixrac 1 milyard 947 milyon 894 min dollar, idxal isə 1 milyard 42 milyon 639 min dollar təşkil edib. Oktyabrda ixrac 1 milyard 696 milyon 535 min dollar, idxal isə 1 milyard 347 milyon 487 min dollar təşkil etmişdi.

 

2018-ci ilin 11 ayı ərzində 14 milyard 621 milyon 241 min dollarlıq xam neft, 1 milyard 256 milyon 132 min dollarlıq təbii qaz ixrac olunub. Neft və qaz ixracın 87.7%-ni formalaşdırıb.

16.12.2018 17:24

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ