Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Səudiyyə ABŞ-ın qətnaməsini rədd edib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Səudiyyə ABŞ-ın qətnaməsini rədd edib

Səudiyyə Ərəbistanı ölkənin varis şahzadəsi Məhəmməd bin Salman Əl-Səudun jurnalist Camal Qaşıqçının qətlində məsuliyyət daşıması ilə bağlı Amerika Senatının qətnaməsini rədd edib.

 

Bu barədə Səudiyyənin SPA agentliyi krallığın Xarici İşlər Nazirliyinin bəyanatına istinadən bildirib.

 

Bəyanatda qeyd olunur ki, Səudiyyə Ərəbistanı krallığı bu yaxınlarda Birləşmiş Ştatların Senatı tərəfindən açıqlanmış, əsassız iddialara və ittihamlara əsaslanan, krallığın daxili işlərinə kobud müdaxiləni özündə cəmləşdirən, bu ölkənin regional və beynəlxalq rolunu pozan mövqeyi rədd edir.

 

Bununla yanaşı, nazirlik krallığın Birləşmiş Ştatlarla münasibətlərin inkişafına sadiqliyini vurğulayıb. Krallıq Amerika Senatının mövqeyi ilə bağlı narahatlığını ifadə edib.

 

ABŞ Konqresinin Senatı ötən cümə axşamı ərəb jurnalist Camal Qaşıqçının qətlinə görə Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Əl-Səudu məsuliyyətli bilən qətnamə qəbul edib.

17.12.2018 04:41

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ