Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

“Qala Sığorta”nın yığım və ödənişlərində kəskin artım – HESABAT

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Qala Sığorta”nın yığım və ödənişlərində kəskin artım – HESABAT

Azərbaycan sığorta bazarının aparıcı şirkətlərindən olan “Qala Sığorta” 2018-ci ilin yanvar-noyabr ayları üzrə əsas maliyyə göstəricilərini açıqlayıb.

 

Reklam_3_11

Şirkətin İctimaiyyətlə Əlaqələr Xidmətindən "Marja"ya verilən məlumata görə, operativ məlumatlar əsasında hazırlanmış hesabata əsasən bu ilin 11 ayında “Qala Sığorta” şirkəti tərəfindən 13 715 480 manat həcmində sığorta haqqı toplanılıb ki, bu da 2017-ci ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 5 314 684 manat və ya 63,3% çox olub.

 

Hesabat dövründə yığımlarla yanaşı ödənişlərdə də kəskin artım müşahidə olunub. Belə ki, 2018-cilin ötən 11 ayı ərzində şirkət tərəfindən müxtəlif sığorta hadisələri üzrə 1 781 632 manat sığorta ödənişi verilib. Ötən ilin müvafiq dövründə isə bu göstərici 318 118 manat olub. Nəticədə, illik müqayisədə sığorta ödənişlərinin həcmi 1 463 514 manat və ya 5,6 dəfə artım olub.

 

Qeyd edək ki, verilən sığorta ödənişləri müvafiq qanunvericiliyin tələbinə uyğun olaraq operativ və vaxtında həyata keçirilib. Ümumiyyətlə, göstərilən xidmətlərdə şirkətin biznes strategiyasına əsaslanan müştəri məmnuniyyəti meyarı hər zaman yüksək dəyərləndirilərək pririotet hədəflər sırasında yer alır.    

 

Xatırladaq ki, “Qala Sığorta” şirkəti 30 sentyabr 2015-ci il tarixindən fəaliyyət göstərir. Şirkətin yeganə səhmdarı “AzRe Təkrarsığorta” ASC-dir.

 

Şirkət müştərilərinə baş ofis, 1 filial və 8 regional nümayəndəlik vasitəsi ilə qanunvericiliklə nəzərdə tutulan qeyri-həyat sığorta sahəsinin 23 növü üzrə, o cümlədən 19 könüllü və 4 icbari sığorta məhsulları üzrə xidmətlər göstərir.

17.12.2018 11:46

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ