Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Bu gün Dollar ilə bağlı nələr baş verdi? - GÜNƏ BAXIŞ

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bu gün Dollar ilə bağlı nələr baş verdi? - GÜNƏ BAXIŞ
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

- Səhər saat 09:20-də Mərkəzi Bank Fevralın 23-nə USD/AZN rəsmi məzənnəsini 1.7447 manat səviyyəsində açıqladı.

 

- Saat 10:00-dan başlayaraq banklarda Dolların alış və satış qiymətlərinin aşağı düşdüyü müşahidə olundu, Dollar əsasən 1.79-1.82 səviyyələrindən satıldı.

 

 - Saat 12:00-da Mərkəzi Bankda Dövlət Neft Fondunun da iştirakı ilə hərrac keçirildi. Hərracda manatın orta çəkili məzənnəsi 1,7498 manat səviyyəsində formalaşdı. Başqa sözlə, hərracda Dollar Manat qarşısında 0,3% möhkəmləndi.

 

- Hərracdan sonra da banklarda Dolların alış və satış məzənnələri qalxmadı. Əksinə 2-3 bank Dolların alış və satış qiymətlərini aşağı saldılar. 

 

 -İş gününün sonuna yaxın məlum oldu ki, bu gün hərraca 36 milyon dollar çıxardılıb və hərraca çıxarılan dolların hamısı satılıb.

 

- Axşam saat 17:05-də Mərkəzi Bank 24.02.2017-cı il tarixinə USD/AZN rəsmi məzənnəsinin 1,7475 səviyyəsində müəyyən olunduğunu açıqladı. Bu səviyyə hərracdakı səviyyədən aşağıdır.

 

 RAHAT MEBEL KREDİTİ!

 

Qeyd edək ki, çoxları Dolların ucuzlaşmasının  davam etməyəcəyini hesab edir və manatın bahalaşmasına inanmırlar. Onlara görə, Manatın güclənməsi üçün iqtisadi səbəb yoxdur, bu, bir “oyundur”. Hələ də çox insan, Mart ayından başlayaraq Dolların daha sürətlə bahalaşacağını hesab edir.

 

Qeyd  edək, Mərkəzi Bank depozit hərracları və notlrın yerləşdirilməsi ilə dövriyyədəki izafi manat kütləsini çıxardır. Manatın qıtlaşması Dollar alışını da məhdudlaşdırır (tələbi azaldır) və bu da məzənnənin kəskin qalxmasının qarşısını alır.

 

Əlavə edək ki, Fevralın 1-də Dollar/Manat rəsmi məzənnəsi 1.92 manat səviyyəsinə çıxmışdı. Həmin gün bəzi banklar Dolları 1.94-1.95 manata alıb, 1.99 manatdan baha satırdılar.

 

HYUNDAİ CRETA! KOMPAKT SUV-UN YENİ ULDUZU!

23.02.2017 19:02

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ