Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Nazir yeni dövlət şirkətini Aparat rəhbərinə tapşırdı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Nazir yeni dövlət şirkətini Aparat rəhbərinə tapşırdı

“Aqrar Tədarük və Təchizat” ASC-nin rəhbərliyinə müvəqqəti təyinat olub


 

“Aqrar Tədarük və Təchizat” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri vəzifəsinin icrası Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Aqil Quliyevə tapşırılıb.

 

Bu barədə nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdir müavini Vüqar Hüseynov açıqlama verib.

 

Qeyd edək ki, Aqil Quliyev bundan əvvəl Kənd Təsərrüfatı Nazirliyinin daxili nəzarət və audit şöbəsinin müdiri olub. 2018-ci ilin sentyabr ayından isə KTN Aparatının rəhbəri vəzifəsində çalışır.

 

“Aqrar Tədarük və Təchizat” ASC Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 14 dekabr tarixli Fərmanı ilə yaradılıb. Bu qurum eyni Fərmanla ləğv edilən “Ərzaq məhsullarının təchizatı və tədarükü” ASC-nin hüquqi varisidir. Fərmana əsasən, “Aqrar Tədarük və Təchizat” ASC-nin İdarə Heyətinin sədrini və üzvlərini kənd təsərrüfatı naziri təyin edir. 

 

Qeyd edək ki, ləğv edilmiş “Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC İH-nin sədr müavini Xaliq Məmmədov idi.

17.12.2018 13:26

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ