794 ədəd istehsal edilib, 179-u anbarlarda qalıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
794 ədəd istehsal edilib, 179-u anbarlarda qalıb

2018-ci ilin yanvar-noyabr aylarında (11 ayda) Azərbaycanda cəmi 794 ədəd minik avtomobili istehsal edilib (daha doğrusu yığılıb).

 

Reklam_3_11

Xatırladaq ki, 2018-ci ilin yanvar-oktyabr ayları (10 ayda) ərzində Azərbaycanda 610 ədəd minik avtomobili istehsal edilmişdi. Beləliklə, Noyabrda istehsal 184 ədəd artıb. Sentyabrda artım 152 ədəd təşkil etmişdi.

 

“Marja” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, minik avtomobili istehsalı əvvəlki ilin müvafiq dövrünə nisbətən 26,5 dəfə artıb.

 

01.12.2018-ci il vəziyyətinə, bu il istehsal edilmiş 794 ədəd minik avtomobilinin 179 ədədi anbarlarda olub. 01.11.2018-ci il vəziyyətinə hazır məhsul ehtiyatı 168 ədəd təşkil etmişdi. Beləliklə, anbarda yığılan minik avtomobillərinin sayı 11 ədəd artıb.

 

Qeyd edək ki, yerli avtomobillərin əsas alıcıları dövlət qurumlarıdır.

 

Bu ilin Martında Neftçala Avtomobil Zavodu (Khazar) işə düşüb. Həmçinin Azərbaycanda Naxçıvan Avtomobil Zavodu da (NAZ-Lifan) fəaliyyət göstərir.  

 

 “Azərmaş” ASC-yə məxsus Neftçala Avtomobil Zavodunun illik istehsal gücü 10 min avtomobildir. Zavodda 2018-ci ildə 1500 ədəd avtomobil istehsal edilməsi nəzərdə tutulur. Zavodun proqnoza əməl etməsi üçün ilin sonunadək 706 avtomobil istehsal etməlidir. Bu da çox çətin görünür.

17.12.2018 15:22

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ