Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

"Fed bu iclasda faiz artırmamalıdır"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Fed bu iclasda faiz artırmamalıdır"
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

"DoubleLine Capital"ın Baş İnformasiya inzibatçısı Jeffrey Gundlach,"Amerika Mərkəzi Bankı (Fed) bu iclasda faiz artırmamalıdır" deyib.
 

"Marja" xəbər verir ki, Gundlach CNBC-yə verdiyi müsahibəsində, "Fed bu həftəki iclasında faiz artırmamalıdır, çünki istiqraz bazarına dair narahatlıqlar və yavaşlayan iqtisadiyyata dair gözləntilər 2020-ci ildə pul siyasəti dəyişikliyi tələb edə bilər",- deyib.
 

"Fed-in faizləri artırmasının lazım olduğunu düşünmürəm", - deyən Gundlach, ticarət müharibəsinə dair də "ABŞ ilə Çin arasında ticarət müharibəsi yəqin ki, daha da pisə gedəcək, bu vəziyyət qlobal iqtisadiyyata ciddi mənada zərər verir" açıqlamasını edib.

 

NAVARRO: "FED FAİZ ARTIRMAMALIDIR"

 

ABŞ Prezidenti Donald Trampın Ticarət müşaviri  Peter Navarro, "İqtisadiyyatın böyüdüyü mühitdə Fed Çərşənbə günü faiz artırmamalıdır" deyib.
 

CNBC-yə verdiyi müsahibəsində bazarlardakı volatilliyə görə Fed-i günahlandıran Navarro, "Fed, məlumatlara baxmalıdır. İldə üç dəfə faiz artırmaq dəlilikdir",- deyib.

 

"FED-İN FAİZ ARTIRMAĞI DÜŞÜNMƏSİ BELƏ AĞILASIĞMAZDIR"

 

Xəbər verdiyimiz kimi, ABŞ Prezidenti Donald Tramp, sosial media platforması "Twitter"dən verdiyi açıqlamada "Fed-in faiz artırmağı düşünməsi belə ağlasığmazdır" deyib.
 

Tramp, "Dolların güclü, demək olar ki, inflyasiyanın olmadığı və dünyanın çalxalandığı, Parisin yandığı, Çinin pis vəziyyətdə olduğu" bir dövrdə Fed-in faiz artırmağı qiymətləndirməsinin belə "ağlasığmaz" olduğunu bildirib.

 
Fed, Çərşənbə günü başa çatacaq ilin son iclasının ardından saat 23:00-da qərarını açıqlayacaq.  Fed-in faiz artıracağı gözlənilir.

18.12.2018 04:31

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ