Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Yaponiyada dəmir yolu stansiyasında robot-nəzarətçi sınaqdan keçirilib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Yaponiyada dəmir yolu stansiyasında robot-nəzarətçi sınaqdan keçirilib

Yaponiyada “Seibu” dəmir yolu şirkəti süni intellektə malik robot-nəzarətçini stansiyada sınaqdan keçirib.

 

Reklam_3_11

Vəzifəsi stansiya nəzarətçilərinə kömək göstərməkdən ibarət olan robot kütləvi-informasiya vasitələrinin nümayəndələrinə təqdim edilib.

 

Şirkətin nümayəndəsi Maki Sone robot haqqında məlumat verib: “Süni intellektə malik robotun sınaqdan keçirilməsi barədə qərar 2020-ci ildə baş tutacaq Olimpiya və Paralimpiya Oyunları ilə əlaqədardır. Yarışlar zamanı ölkəyə gələn turistlərin və dəmir yolu xəttindən istifadə edənləri sayı kəskin artacaq. Bununla əlaqədar stansiyadakı əməkdaşların işini azaltmaq və təhlükəsizliyi təmin etmək üçün robotun sınaqlarına başlanıb”.

 

Stansiyada gəzən robotun funksiyalarına özünü pis hiss edərək yerə oturan və ya yıxılan sərnişin barədə əməkdaşları məlumatlandırmaq daxildir. Belə ki, stansiyada dəmir yolu xətlərinin çoxluğu səbəbindən stansiyadakı nəzarətçi baş verən hadisəni görməyə bilər. Bu zaman robot baş verən hadisə barədə əməkdaşı məlumatlandırmalıdır. Eyni zamanda, robot stansiyada unudulan sahibsiz əşyalar barədə də məlumat verməlidir.

 

Beləliklə stansiyada çalışan əməkdaşlar ərazini dəfələrlə yoxlamaqdan azad olaraq, baş verən hadisə və ya təhlükəli əşya barədə operativ məlumat almaq imkanı qazanacaqlar.

 

Hazırda sınaqlar davam edir və bundan sonra robotun işə qəbul edilməsi məsələsinə baxılacaq.

 

PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

 

© Azərtac

18.12.2018 06:59

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ