Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Mirzə Əliyev hesabat verdi - "210 MİLYON MANATLIQ KREDİT VERMİŞİK"

iç səhifə xəbər başlığı altı (mobil)_31
Mirzə Əliyev hesabat verdi - "210 MİLYON MANATLIQ KREDİT VERMİŞİK"
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin xətti ilə bu il 41 rayondan olan 151 fermerə 10 mln. manat güzəştli kredit verilib.

 

Reklam_3_11

Bu barədə xidmətin rəisi Mirzə Əliyev 2018-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında bildirib.

 

Onun sözlərinə görə, bununla da, rəhbərlik etdiyi qurumun 2007-ci ildən bəri kredit verdiyi fermerlərin sayı 22 minə, kreditlərin ümumi məbləği isə 210 mln. manata çatıb.

 

“Bu il dövlət xidmətinin xətti ilə kredit alanlardan 84-ü heyvandarlıq, 19-u isə bağçılıqla məşğul olur. Kredit portfeli 10 bank, 11 bank olmayan kredit təşkilatı və 19 kredit ittifaqı arasında bölüşdürülüb. Bundan başqa, xidmət 20 layihənin icrasına qərar verib. Bunlardan 13-ü icra olunmaqdadır, 7-nin isə icrasına yaxın vaxtlarda başlanacaq”, - deyə M.Əliyev bildirib.

 

Onun sözlərinə görə, dövlət xidməti sağlam kredit təşkilatları ilə əməkdaşlıq etməkdə, eləcə də fermerlərin maliyyələşdirilməsi prosesinin sadə olmasında maraqlıdır: “Kredit üçün tələb olunan sənədlərin sayını əhəmiyyətli dərəcədə azaltmışıq. Girovla bağlı tələbi xidmət deyil, müvəkkil kredit təşkilatları irəli sürür. Amma çalışırıq ki, bu istiqamətdə də nə isə edək”. 

 

PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

 

© Report

18.12.2018 10:19

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ