Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

"Louis Vuitton"dan 2,6 milyard dollarlıq satınalma

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Louis Vuitton"dan 2,6 milyard dollarlıq satınalma
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Fransanın lüks məhsullar qrupu "Louis Vuitton LVMH" Nyu-Yorkdakı məşhur "21 Club"un və bütün dünyada yüksək seqmentə xitab edən "resort"ların sahibi "Belmond Lt" şirkətini 2,6 milyard dollara satın almaq üçün razılaşıb.
 

"Marja" xəbər verir ki, sözügedən satınalma "Louis Vuitton"ın keçən il 7 milyard dolların üzərində bir qiymətə "Christian Dior"u satın almasından sonra həyata keçirdiyi ən böyük müqavilədir.

 

 "Louis Vuitton, moda sənayesinin bel sümüyü olan Çinli istehlakçıların tələbinin azalmasından narahat olduğundan xidmət sektoruna yönəlir.

 

Bu satınalma Fransız qrupunun lüks otelcilik biznesindəki fəaliyyətini böyüdəcək.

 

"Orient-Express Hotels" kimi tanınan "Belmond" şirkəti, Sankt-Peterburqdan Karib hövzəsinədək bütün dünyada 30-dan çox yüksək seqment otelə sahibdir və ya səhmdarlarından biridir. Şirkət Manhettanda məşhur "21 Club" restoranı ilə bərabər, Fransada bir sərnişin gəmisi xidmət müəssisəsinə, London-Venesiya qatar xəttinə və Botsvanada safari düşərgələrinə malikdir.

18.12.2018 13:28

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ