Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Tramp yuxudan durdu, Fed-ə xəbərdarlıq etdi

iç səhifə xəbər başlığı altı (mobil)_31
Tramp yuxudan durdu, Fed-ə xəbərdarlıq etdi

Tramp: Ümid edirəm ki, Fed rəsmiləri başqa bir xəta etməzlər



ABŞ Prezidenti Donald Tramp, Fed-i Çərşənbə günü başa çatacaq Dekabr iclasında faiz artırmamağa çağırıb.

 

Tramp çağırışını təkrar edərək "Bazarda daha çox likvidlik çatışmazlığına yol verməyin",- deyib.
 

"Marja" xəbər verir ki, "Twitter"dən açıqlama verən Tramp, Fed rəsmiləri ilə əlaqədar olaraq, "Ümid edirəm ki başqa bir xəta etməzlər",-deyib.
 

Fed, qərarını Çərşənbə günü Bakı vaxtı ilə saat 23:00-da açıqlayacaq. Fed-in faiz artıracağı gözlənilir. 

 

ABŞ Prezidenti Donald Tramp dünən də sosial media platforması "Twitter"dən verdiyi açıqlamada "Fed-in faiz artırmağı düşünməsi belə ağlasığmazdır" demişdi.
 

Tramp, "Dolların güclü, demək olar ki, inflyasiyanın olmadığı və dünyanın çalxalandığı, Parisin yandığı, Çinin pis vəziyyətdə olduğu" bir dövrdə Fed-in faiz artırmağı qiymətləndirməsinin belə "ağlasığmaz" olduğunu bildirib.

 

18.12.2018 14:04

Müştərilərin xəbərləri

Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ