Mobil manşet üstü reklam-3_21

Dövlət istiqrazları üzrə hərrac keçirildi - NƏTİCƏSİ

iç səhifə xəbər başlığı altı (mobil)_31
Dövlət istiqrazları üzrə hərrac keçirildi - NƏTİCƏSİ
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

18 Dekabr 2018-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0104013682 ISIN-li, 40 milyon manat həcmində, 364 gün tədavül müddətli dövlət qısamüddətli istiqrazlarının (DQİ) yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

 

Hərrac zamanı 9 investor tərəfindən qiyməti intervalı 90.0000 AZN (11.1723%) və 93.1450 AZN (7.4000%) olan 16 sifariş təqdim edilmişdir.

 

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 92.8440 AZN (7.7500%), orta ölçülmüş qiyməti 92.9064 AZN (7.6772%) müəyyən edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 116 milyon 194 min 700 manat, yerləşdirilmiş həcmi isə 40 milyon manat təşkil edilmişdir.

 

İstiqrazların ödəmə tarixi  17 dekabr 2019-cu  il.

 

Hərrac iştirakçıları 19 dekabr 2018-ci il (t+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.

18.12.2018 15:35

Müştərilərin xəbərləri

Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ