Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Marcom şirkəti “Evimiz”-ə virtual ev qurdu

iç səhifə xəbər başlığı altı (mobil)_31
Marcom şirkəti “Evimiz”-ə virtual ev qurdu

İcra etdiyi veb layihələri özəl proqramlaşdırma əsasında hazırlayan "Marcom" Marketinq və PR şirkəti “Hər şey ev üçün” şüarı altında fəaliyyət göstərən “Evimiz” mağazasının saytının (http://evimizstore.az) yeni versiyasını istifadəyə verdi.

 

Reklam_3_11

Minimalizm və Responsivlik

 

Şirkətin istəklərinə və təqdim etdiyi loqo qaydalarına əsasən sayt minimalist üslubda hazırlanmışdır. İstifadəçilərin gözünü yormamaq üçün saytda 2-3 rəng çalarından istifadə olunmuşdur. Dünyada mobil cihazlardan girənlərin sayının hər ötən gün artdığını nəzərə alaraq sayt responsiv olaraq proqramlaşdırılmışdır.

 

Funksional Admin Panel

 

Mağaza yer alan məhsulların fərqli kateqoriya və göstəricilərinin olduğunu nəzərə alaraq saytın admin paneli şirkət üçün tam funksional formada özəl proqramlaşdırılmışdır. Proqramlaşdırlma zamanı saytın sürəti, daxil olacaq istifadəçilərin çoxluğu, onlayn ödəniş sistemi ilə bağlı təhlükəsizlik məsələləri tam nəzərə alınmışdır. Sifarişçi tərəf 95% hallarda Marcom şirkətinə müraciət etmədən belə saytda istənilən redaktələri həyata keçirə bilməsi üçün texniki imkanlar yaradılmışdır. Şirkət tərəfindən saytı idarə edəcək əməkdaşların hər biri üçün ayrı texniki səlahiyyətlər verilmiş, loqlaşma sistemi quraşdırılmışdır.

 

SEO Optimizasiya

 

"Marcom" şirkəti Sifarişçinin ilkin SEO Optimizasiya işlərini apara bilməsi üçün admin paneldə Meta Title, Meta Description, Açar sözləri üçün hər yaradılacaq səhifədə müvafiq bölmələr ayırmışdır. Bundan əlavə müştərinin saytın google analytics göstəricilərini birbaşa izləyə bilməsi admin panelə inteqrasiya olunmuşdur.

 

İnteqrasiyalar

 

Sifarişçinin istəyi ilə texniki tapşırıq sənədi əsasında Marcom şirkəti tərəfindən sayta onlayn ödəniş, səbət sistemi və şəxsi kabinet inteqrasiya olunmuşdur. Bundan əlavə sifarişçinin istəyinə əsasən saytda alış-veriş ilə anbarın sinxronlaşdırılması işi də həyata keçirilmişdir. Gələcəkdə daxili kredit və kreditin onlayn ödənilməsi, o cümlədən bonus sisteminin inteqrasiyası da nəzərdə tutulmuşdur.

 

Qeyd edək ki, "Marcom" Marketinq və PR şirkəti Azərbaycan və Gürcüstanda 28 marketinq xidməti üzrə fəaliyyət göstərir. Şirkət növbəti il ərzində daha 3 xidmət və böyük bir platforma bazara təqdim etməyi planlaşdırır.

19.12.2018 05:39

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ