Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Dollar daha da ucuzlaşa bilər - GÜNƏ BAXIŞ

iç səhifə xəbər başlığı altı (mobil)_31
Dollar daha da ucuzlaşa bilər - GÜNƏ BAXIŞ

Dünya iqtisadiyyatında risklərin artması, FED-in gələn il üzrə faiz artımı ehtimallarını azaldır. Neftə olan tələb də azalmaqdadır.


 

Beynəlxalq valyuta birjalarında Amerikanın fond indekslərinin sürətlə ucuzlaşması, dolların aparıcı valyutalara nisbətən qiymətlərinin də 1%-ə kimi ucuzlaşmasına səbəb olub. Təhlillərə əsasən, dollar indeksi cari həftənin minimum səviyyəsini qırarsa, 0.6%-ə kimi də ucuzlaşa bilər.


 

Amerikanın “S&P” və “Dou Cons” indeksləri ucuzlaşmaqda davam edərək, son bir ilin minimum səviyyələrini yeniləmələri, Amerika iqtisadiyyatında risklərin artmasına işarədir. Beləliklə, Amerika Mərkəzi Bankının (FED) növbəti faiz artımı üzrə gözləntiləri azalır və dünya birjalarında dollar ucuzlaşır.


 

Dünyada iqtisadi risklərin artması, enerji bazarlarında neftə olan tələbin də azalmasına səbəb olur və nəicədə neft qiymətləri ucuzlaşır. Avropanın Brent markalı neftinin bir barel qiyməti artıq 56$-a ticarət edilir və bu səviyyənin altında qalarsa, 53$-a kimi də dəyər itirə bilər.


 

Bununla yanaşı, bu gün Bakı vaxtı ilə saat 19:30-da yayımlanacaq ABŞ-ın neft ehtiyatları ilə bağlı önəmli fundamental məlumatlar və FED-in saat 23:00-da açıqlanacaq faiz qərarının sonra saat 23:30-da baş tutacaq mətbuat konfransı da investorların diqqət mərkəzindədir.

 

Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.

19.12.2018 05:57

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ